7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

DEM Partiyasından PKK və Siyasi Proseslə Bağlı Açıqlama

9 May 2025 13:52
DEM Partiyasından PKK və Siyasi Proseslə Bağlı Açıqlama

BAKI, AzerVoice

Türkiyədə DEM Partiyasının sözçüsü Ayşegül Doğan gündəmə dair verdiyi açıqlamada PKK-nın yaxın vaxtlarda qurultay keçirəcəyinin gözlənildiyini bildirib.

AzerVoice xəbər verir ki, Doğan bu addımı “tarixi” olaraq dəyərləndirib və partiya olaraq öz üzərlərinə düşən siyasi məsuliyyəti yerinə yetirməyə hazır olduqlarını bəyan edib.

“PKK-nın qurultay keçirdiyini elan etməsi an məsələsidir. Bu, tarixi bir mərhələ olacaq. Əsas məsələ bundan sonrakı siyasi addımlardır və biz siyasətçilərə ciddi vəzifələr düşür” – deyə Doğan qeyd edib.

Partiya sözçüsü çıxışında DEM Partiyasının üzvlərindən Sırrı Süreyya Öndərə qarşı sui-qəsd cəhdi ilə bağlı da danışıb. Onun sözlərinə görə, Öndərin avtomobilinə quraşdırılmış və təkəri partlatmaq məqsədi güdən bir qurğu aşkarlanaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.

“Hadisə ilə bağlı bütün hüquqi prosedurlar başladılıb, təhlükəsizlik tədbirləri isə gücləndirilib” – deyə o bildirib.

DEM Partiyasının Van millət vəkili Pervin Buldanın İtaliyanın paytaxtı Romada avtomobil qəzası keçirdiyi də partiya tərəfindən təsdiqlənib. Ayşegül Doğanın sözlərinə görə, hadisə qəsd xarakteri daşımır.

“Avtomobili idarə edən sürücünün səhvən əks istiqamətə girməsi qəzanın səbəbi olub. Pervin Buldan və avtomobildə olan digər şəxs Keskin Bayındırın səhhətində hər hansı problem yoxdur” – deyə o qeyd edib.

Məqalədə: #Türkiyə #PKK terror təşkilatı #DEM partiyası #Pervin Buldan #Sırrı Süreyya Öndər

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30

Son Xəbərlər

İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
18:56
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
18:52
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS
18:46
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.