9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Mehmet Şimşek Londonda yüksək səviyyəli görüşlər keçirib

15 May 2025 09:34
Mehmet Şimşek Londonda yüksək səviyyəli görüşlər keçirib

BAKI,AzerVoice

Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşek London səfəri çərçivəsində bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirib.

AzerVoice xəbər verir ki, nazir, Birləşmiş Krallığın Xəzinə naziri Reyçel Rivs başda olmaqla, Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Misirin Planlaşdırma, İqtisadi İnkişaf və Beynəlxalq Əməkdaşlıq naziri Rania əl-Məşatla bir araya gəlib.

Şimşek səfəri çərçivəsində, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) təşkilatçılığı ilə keçirilən “Türkiyə İnvestisiya Perspektivi” panelində çıxış edərək Türkiyə iqtisadiyyatında son dövrlərdə baş verən dəyişikliklər və xarici investorlar üçün təqdim olunan fürsətlər barədə ətraflı məlumat verib. Panel geniş beynəlxalq iştirakla keçib.

Şimşek həmçinin, EBRD və Avropa İnvestisiya Bankının (EIB) yüksək səviyyəli nümayəndələri ilə də görüşlər keçirərək, iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edib. Görüşlərdə ticarət əlaqələrinin dərinləşdirilməsi, sektoral əməkdaşlıq və ikitərəfli iqtisadi münasibətlərin genişləndirilməsi əsas gündəm mövzuları olub.

Mehmet Şimşekin London proqramı bu gün də davam edir. O, Türkiyənin qurucu üzvü olduğu EBRD-nin Guvernatorlar Şurasının iclasında iştirak edəcək və burada sədr müavini kimi çıxış edəcək.

Toplantıda bankın 2026–2030-cu illəri əhatə edən Strategiya və Kapital Çərçivəsinin təsdiqlənəcəyi, habelə Səhraaltı Afrika regionunda yeni ölkələrin kredit istifadəçisi kimi bank sisteminə daxil edilməsinin müzakirə olunacağı gözlənilir.

Məqalədə: #London #Mikayıl Cabbarov #Mehmet Şimşek #Türkiyə Maliyyə və Xəzinə Nazirliyi #Avropa İnvestisiya Bankı

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.