15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə pilotsuz sistemlərdə qlobal liderdir - Görgün

21 May 2025 15:16
Türkiyə pilotsuz sistemlərdə qlobal liderdir - Görgün

BAKI, AzerVoice

Türkiyənin milli təyyarə layihələri – HÜRKUŞ, HÜRJET və KAAN – radar, avionika və ağıllı sursatlarla təchiz olunaraq öz siniflərində ən qabaqcıl platformalara çevrilib.

AzerVoice xəbər verir ki, Ankarada keçirilən NATO Çox Sahə Əməliyyatları (MDO) Konfransı 2025-də çıxış edən Müdafiə Sənayesi Başqanı (SSB) Haluk Görgün müasir döyüş mühitində quru, hava, dəniz, kiber və kosmosun bir-biri ilə tam inteqrasiya olunmuş sahələrə çevrildiyini vurğulayıb.

Görgün qeyd edib ki, hazırda SSB tərəfindən 1100-dən çox aktiv satınalma və elmi-tədqiqat proqramı icra edilir ki, bu da Türkiyəni dünyanın ən böyük müdafiə layihəsi idarəedici strukturlarından birinə çevirir.

Türkiyənin pilotsuz uçuş aparatları sahəsində qlobal liderliyinə toxunan Görgün, Bayraktar TB2, AKINCI, ANKA və AKSUNGUR-un real vaxt rejimində kəşfiyyat və dəqiq zərbə imkanlarını sübut etdiyini, yaxın vaxtlarda isə QIZILELMA və ANKA-3-ün istifadəyə veriləcəyini bildirib. Dənizkurdu təlimində iki TB3 İHA-nın gəmidən eyni anda buraxılıb hədəfi dəqiqliklə vurması isə “dünyada dönüş nöqtəsi” kimi dəyərləndirilib.

Görgün əlavə edib ki, HÜRKUŞ (əsas təlim təyyarəsi), HÜRJET (reaktiv təlim təyyarəsi) və KAAN (beşinci nəsil döyüş təyyarəsi) texnoloji baxımdan öz kateqoriyalarında müasirliyi ilə seçilir.

Haluk Görgün, 2024-cü ildə Türkiyənin müdafiə və aviasiya ixracatının 7 milyard dollara çatdığını, bunun 55,4 faizinin NATO ölkələri və Ukraynaya yönəldiyini qeyd edib. Bu göstəricinin Türkiyənin NATO çərçivəsində etibarlı tərəfdaş olduğunu sübut etdiyini deyən SSB rəhbəri, “sadiq müttəfiqlərə qarşı sanksiya tətbiq etməyin ittifaqın ruhuna uyğun gəlmədiyini” bildirib.

Görgün həmçinin süni intellekt, rəqəmsal transformasiya, bulud texnologiyaları və çevik mühəndislik kimi texnoloji sahələrin artıq konkret prioritetlərə çevrildiyini, bütün dizayn və istehsalat proseslərində ekoloji davamlılıq prinsipinin əsas götürüldüyünü diqqətə çatdırıb. O, Türk müdafiə sənayesinin orta yaşının 34 olduğunu vurğulayaraq, gələcək nəsillərə hörmət və davamlı inkişaf anlayışı ilə NATO standartlarına uyğun sistemlər qurmağa davam edəcəklərini bildirib.

Qeyd edək ki, konfrans NATO-nun gələcək əməliyyatlar üçün çoxsahəli yanaşmalarını müzakirə etdiyi ən önəmli platformalardan biri hesab olunur.

Məqalədə: #Türkiyə #KAAN #Türkiyə müdafiə sənayesi #NATO #Haluk Görgün #TB3 #ANKA-3 #Hürjet #Hürkuş #KIZILELMA #Bayraktar TB2 #Türkiyənin müdafiə və aviasiya sənayesində ixracat artımı #Müdafiə sənayesində ixrac uğurları #Müdafiə sənayesində yerli istehsal

Mövzu üzrə digər xəbərlər

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
Suriya

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək

14 Sentyabr 11:33
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

13 Sentyabr 18:00
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21

Son Xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
14 Sentyabr 21:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.