Türkiyə və Səudiyyə Ərəbistanından nəhəng müdafiə həmləsi: KAAN və GÖKBEY üçün birgə istehsal planı
Türk müdafiə sənayesinin ən mühüm layihələrindən sayılan KAAN qırıcı təyyarəsi və GÖKBEY helikopteri Səudiyyə Ərəbistanının diqqət mərkəzindədir. Masadakı ən maraqlı variantlardan biri hər iki platformanın Səudiyyə Ərəbistanında istehsalı üçün orada xüsusi istehsal xəttinin qurulmasıdır. Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında son dövrlərdə sürətlənən hərbi əməkdaşlığın TUSAŞ-ın vasitəçiliyi ilə daha yüksək səviyyəyə qalxacağı gözlənilir.
Türkiyə Yaponiyaya PUA təklifi edir: ANKA və Bayraktar modelləri gündəmdə
Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Yaponiyanın Türkiyə istehsalı pilotsuz uçuş aparatlarını (PUA) tədarük etmə ehtimalına münasibət bildirib. O qeyd edib ki, bu sistemlər uzun müddət havada qalma, fasiləsiz müşahidə aparma və xərclərin səmərəli istifadəsi baxımından mühüm üstünlüklərə malikdir. Nazirin sözlərinə görə, Türkiyə istehsalı PUA-lar Yaponiyanın müdafiə qabiliyyətləri üçün “çəkindirici amil” ola bilər. Gülər Yaponiya üçün mümkün modellər arasında Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən istehsal olunan ANKA, eləcə də Bayraktar TB2 və Bayraktar TB3 pilotsuz uçuş aparatlarını nümunə göstərib.
ANKA-3 - Türkiyənin yeni nəsil pilotsuz aparatı beynəlxalq medianın gündəmində
Türkiyə müdafiə sənayesinin son illərdəki ən iddialı layihələrindən olan hücum tipli pilotsuz uçuş aparatı ANKA-3, ABŞ mərkəzli National Interest jurnalında dərc olunan məqalə ilə dünya gündəminə çıxıb. ANKA-3-ün yalnız texniki imkanları ilə deyil, həm də regional hərbi balansı dəyişdirmə potensialı ilə seçildiyi qeyd edilib.
Türkiyənin Afrikada yüksələn gücü: Təhlükəsizlik əməkdaşlığı yeni mərhələyə keçir
Türkiyə Səhil bölgəsində – Mali, Burkina Faso, Niger və Çadda hərbi avadanlıq, PUA və xüsusi təhlükəsizlik şirkətləri vasitəsilə nüfuzunu artırır. Ankaranın müdafiə sənayesinə əsaslanan strategiyası Fransa və Rusiyaya qarşı yeni alternativ yaradır.
Anadolu Qartalı Təlimində ilk dəfə İHA-lar bombardman missiyasına çıxıb
Türkiyənin Konyada yerləşən 3-cü Əsas Jet Baza Komandanlığında keçirilən “Beynəlxalq Anadolu Qartalı-2025” hərbi təlimində ilk dəfə pilotsuz uçuş aparatları (İHA) birbaşa bombardman missiyasında iştirak edib.
"ANKA-3" tipli PUA təcili eniş edib
Türkiyənin Konya vilayətində keçirilən "Anadolu Qartalı - 2025" təlimi çərçivəsində uçuş həyata keçirən "ANKA-3" tipli pilotsuz uçuş aparatı (PUA) yerli vaxtla saat 19:00 radələrində təlim bölgəsinə yaxın boş əraziyə təcili eniş edib.