5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ VOA təhlil mərkəzi
VOA təhlil mərkəzi

Türkiyənin Afrikada yüksələn gücü: Təhlükəsizlik əməkdaşlığı yeni mərhələyə keçir

Türkiyə Səhil bölgəsində – Mali, Burkina Faso, Niger və Çadda hərbi avadanlıq, PUA və xüsusi təhlükəsizlik şirkətləri vasitəsilə nüfuzunu artırır. Ankaranın müdafiə sənayesinə əsaslanan strategiyası Fransa və Rusiyaya qarşı yeni alternativ yaradır.

25 İyul 2025 11:10
Türkiyənin Afrikada yüksələn gücü: Təhlükəsizlik əməkdaşlığı yeni mərhələyə keçir

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi– Türkiyə, son illərdə Afrikanın strateji əhəmiyyətə malik Səhil bölgəsində – Burkina Faso, Mali, Niger və Çad kimi ölkələrlə hərbi və təhlükəsizlik sahəsində artan əməkdaşlığı ilə regionda güclü oyunçuya çevrilməkdədir. 2022-ci ildən etibarən bu ölkələrə onlarla türk istehsalı hərbi texnika göndərilib.

Türkiyənin bu ölkələrə marağı yalnız hərbi avadanlıqla məhdudlaşmır. Ankara son illərdə Nigerin paytaxtı Niamidə beşulduzlu otel və hava limanı inşa etməklə yanaşı, ticarət dövriyyəsini də kəskin şəkildə artırıb. Məsələn, Mali ilə ticarət 2003-cü ildə 5 milyon dollardan 2022-ci ildə 165 milyon dollara yüksəlib.

Dron diplomatiyası: Bayraktar və Akıncı səhnədədir
2022-ci ildən başlayaraq, Burkina Faso, Mali və Niger “Bayraktar TB2” pilotsuz uçuş aparatları (PUA) əldə edib. 2024-cü ildə isə daha güclü “Akıncı” dronlarının tədarükünə başlanıb. Çad isə “Anka-S” tipli PUA-larla silahlanıb. Bu texnologiyalar region ölkələrinin sahə nəzarəti və antiterror əməliyyatlarında ciddi rol oynayır.
Türkiyə təkcə PUA deyil, həm də zirehli texnikalar və təyyarələr satmaqla bölgənin silah bazarına alternativ təqdim edir. 2022-ci ildə Niger ilk dəfə tamamilə Türkiyədə istehsal olunan hərbi təyyarə əldə edən ölkə olub. Bu xətti 2023-də Çad da izləyib.

Fransız və amerikalı mənbələr iddia edir ki, Türkiyənin xüsusi təhlükəsizlik şirkəti SƏDAT 2024-cü ildə Niger və Maliyə muzdlu qüvvələr göndərərək orada layihələrin və hökumətlərin təhlükəsizliyini qoruyur. Hərçənd bu məlumatlar rəsmi şəkildə təkzib olunub, amma əgər təsdiqlənərsə, bu Türkiyənin “qeyri-rəsmi” hərbi strategiyasını da gündəmə gətirəcək.

2025-ci ilin fevralında “Military Africa” jurnalı Çadın Türkiyəyə Abşe şəhərində hərbi baza verdiyini iddia edib. Bu təsdiqlənsə, Türkiyənin Afrikadakı ilk rəsmi bazası olacaq.

ABŞ-ın bölgədəki müdafiə dəstəklərini dondurması fonunda Türkiyənin çevik və hüquqi məhdudiyyətsiz yardımı bu ölkələr üçün daha cəlbedici görünür. Türkiyənin təqdim etdiyi avadanlıq ucuz, keyfiyyətli və texniki dəstəkli olduğundan Çin və Rusiyadan daha üstün hesab olunur.

Türkiyə adə sadalananğlkəldə yalnız yeni təhlükəsizlik ortağı kimi yox, həm də Fransa və Rusiyanın nüfuzunu sarsıdan regional güc kimi çıxış edir. Hətta bəzi müşahidəçilərə görə, Ankara Qərbin buraxdığı boşluğu dolduraraq, özünü İslam dünyasının lideri kimi təsdiqləməyi bacarıb.

Məqalədə: #PUA #Niger #Türkiyə Hərbi Hava Qüvvələri #ANKA-3 #Mali #Afrika #ANKA PUA #AKINCI PUA #Burkina Faso #Bayraktar TB2 Silahlı Pilotsuz Uçuş Aparatı #Türkiyə ordusu #PUA hücumu #Bayraktar TB2 #Bayraktar TB2T-AI #Pilotsuz uçuş aparatı (PUA) #Süni intellekt ilə təchiz olunmuş PUA #Bayraktar TB2 yeni versiya #Döyüş meydanında Bayraktar TB2 üstünlüyü #Türkiyə hərbi PUA inkişafı #PUA hücumları Pakistan Hindistan #SƏDAT

Mövzu üzrə digər xəbərlər

Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb
Küveyt

Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb

3 Sentyabr 09:09
Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?
Hərbi İnnovasiyalar

Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

1 Sentyabr 22:45
İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
İran

İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

31 Avqust 10:30
Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?
Əlcəzair

Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

31 Avqust 09:36

Son Xəbərlər

İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.