7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Anadolu Qartalı Təlimində ilk dəfə İHA-lar bombardman missiyasına çıxıb

Türkiyənin Konyada yerləşən 3-cü Əsas Jet Baza Komandanlığında keçirilən “Beynəlxalq Anadolu Qartalı-2025” hərbi təlimində ilk dəfə pilotsuz uçuş aparatları (İHA) birbaşa bombardman missiyasında iştirak edib.

3 İyul 2025 16:44
Anadolu Qartalı Təlimində ilk dəfə İHA-lar bombardman missiyasına çıxıb

BAKI, AzerVoice

Anadolu Qartalı-2025 Təlimində tarixi yenilik- Bombardman rolunda ilk dəfə İHA-lar istifadə edilib.

AzerVoice xəbər verir ki, Türkiyənin Konyada yerləşən 3-cü Əsas Jet Baza Komandanlığında keçirilən “Beynəlxalq Anadolu Qartalı-2025” hərbi təlimində ilk dəfə pilotsuz uçuş aparatları (İHA) birbaşa bombardman missiyasında iştirak edib.

Təlimin ev sahibi olan Türkiyə ilə yanaşı, ABŞ, Azərbaycan, Qətər, Macarıstan, Səudiyyə Ərəbistanı, İordaniya və NATO-nun iştirakı ilə keçirilən manevrlərdə müxtəlif döyüş təyyarələri və taktiki hava vasitələri yer alıb. Təlimi izləyən media nümayəndələrinə açıqlama verən 3-cü Əsas Jet Baza Komandiri general-mayor Mete Kuş bildirib ki, ilk dəfə olaraq bombardman rolunda yalnız İHA-lar – Akıncı-S və ANKA-3 – iştirak edib və bu sistemlər eyni zamanda müdafiə və eskortluq funksiyalarını yerinə yetiriblər.

Təlim çərçivəsində simulyasiya olunmuş əməliyyat şəraitində İHA-ların hədəflərə dəqiq zərbələr endirməsi, qanadlı raket hücumlarının qarşısının alınması, insanlı və insansız hava platformalarının koordinasiyalı iştirakı sınaqdan keçirilib. Kuş bu inkişafı təkcə təlim deyil, gələcəyin müharibəsinə hazırlıq adlandırıb.

Qeyd edək ki, Anadolu Qartalı Təlim Mərkəzi Avropada yeganə, dünyada isə yalnız üç analoji taktik təlim mərkəzindən biridir. Təlimlər 300x400 km ərazini əhatə edən geniş zonada keçirilir və bu il iyunun 23-dən iyulun 4-dək davam edəcək. Anadolu Qartalı təlimləri 2001-ci ildən bəri keçirilir və bu günədək 27 beynəlxalq və 27 milli olmaqla ümumilikdə 54 təlim mərhələsi reallaşdırılıb, 27 minə yaxın sorti uçuş həyata keçirilib.

Məqalədə: #Türkiyə #PUA #NATO #ANKA-3 #Bayraktar AKINCI #Konya #bombardirlər #hərbi təlimlər #İHA #Anadolu Qartalı-2025 #Türkiyə hərbi təlimləri

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.