4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İnflyasiyanın enişi davam edəcək - Şimşek

22 May 2025 16:15
İnflyasiyanın enişi davam edəcək - Şimşek

BAKI, AzerVoice

İnflyasiya mərhələli şəkildə enməkdə davam edəcək.

AzerVoice xəbər verir ki, Türkiyənin Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək "Maliyyə Savadlılığı Günü" proqramında çıxış edərək inflyasiyanın enişi, makroiqtisadi sabitlik və enerji sektorunda yaşıl transformasiya ilə bağlı önəmli açıqlamalar verib.

Nazir çıxışında qeyd edib ki, 2023-cü ilin ilk rübündə sosial mediada əsassız çağırışlarla vətəndaşlar xarici valyutaya yönləndirilsə də, hökumət iqtisadi siyasətdə ardıcıl yanaşma nümayiş etdirib və vətəndaşların portfel seçimlərinə hörmətlə yanaşıldığını vurğulayıb.

“Keçən ilin ikinci yarısından etibarən inflyasiya sürətlə azalmağa başladı. 2023-cü ili təxminən 44 faizlik inflyasiya səviyyəsi ilə başa vurduq. Eyni zamanda cari əməliyyatlar balansının kəsiri milli gəlirə nisbətdə 1 faizdən aşağı düşdü. Əgər qızıl idxalını nəzərə almasaq, 2024-cü ildə Türkiyə cari əməliyyatlar profisiti (artıqlığı) verdi,” – deyə Şimşək bildirib.

Nazir əlavə edib ki, həyata keçirilən iqtisadi proqram çərçivəsində inflyasiyanın 2025-ci ildə də azalmağa davam edəcəyi gözlənilir. “İnflyasiyanın azaldılması bizim əsas prioritetimizdir. Bu il də cari hesab kəsirinin nisbətən aşağı səviyyədə qalacağını düşünürük.” - deyə o bildirib.

“Aprel ayı etibarilə ölkəmizin elektrik enerjisi istehsalının 53 faizi bərpa olunan mənbələrdən təmin olunub. 2024-cü ilin ümumi göstəricisi isə 48 faiz təşkil edir. Bu tendensiya gələcəkdə neft və təbii qaz idxalının azalmasına müsbət təsir göstərəcək.” - deyə Şimşək həmçinin Türkiyənin enerji siyasətində yaşıl keçid istiqamətində əldə etdiyi uğurlardan danışaraq vurğulayıb.

Qeyd edək ki, Türkiyənin həyata keçirdiyi dezinflyasiya və makroiqtisadi sabitlik proqramları çərçivəsində qiymət artımlarına qarşı struktur islahatlar davam etdirilir. Şimşək bu siyasətin davamlı olacağını və bazar güvənini qorumağın əsas hədəf olduğunu vurğulayıb.

Məqalədə: #Türkiyə #Mehmet Şimşek #Türkiyə Xəzinə və Maliyyə Nazirliyi #infilyasiya #Türkiyə iqtisadiyyatı #İnflyasiya və pul siyasəti #Türkiyədə inflyasiya və iqtisadi sabitlik

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.