9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə və Rusiya XİN rəhbərləri regional məsələləri müzakirə edəcək

27 May 2025 10:54
Türkiyə və Rusiya XİN rəhbərləri regional məsələləri müzakirə edəcək

BAKI, AzerVoice

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya rəsmi səfəri çərçivəsində bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş keçirəcək.

AzerVoice xəbər verir ki, iki ölkə arasında diplomatik münasibətlərin gündəliyində duran məsələlər, regional və beynəlxalq inkişaflar görüş zamanı müzakirə olunacaq.

Görüşün mətbuata açıq hissəsində çıxış edən Fidan, yenidən Moskvada olmaqdan və səmərəli proqramın bir hissəsi olmaqdan məmnunluq duyduğunu bildirib. O qeyd edib ki, dünən Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul olunub və ona Prezident Rəcəb Tayyib Ərdoğanın səmimi salamlarını, xoş arzularını və mühüm mesajlarını çatdırmaq imkanı əldə edib.

Nazir Fidan bildirib ki, Türkiyə ilə Rusiya arasındakı münasibətlər prezidentlərin müəyyən etdiyi istiqamətdə sağlam şəkildə irəliləyir.

“Coğrafiyamızda gündəm çox sürətlə dəyişir. Belə bir şəraitdə Türkiyə-Rusiya arasında dərin tarixi köklərə əsaslanan əlaqələr bölgəmizdə sabitlik və təhlükəsizlik baxımından mühüm rol oynayır. Rusiyanın Ukrayna ilə birbaşa danışıqlar üçün İstanbul-u seçməsi bu əməkdaşlığın və ortaq anlayışın təzahürüdür” - deyə Fidan bildirib

Fidan həmçinin Lavrovla görüşdə iki ölkə arasında enerji, iqtisadiyyat və başda Orta Şərq və Afrika olmaqla regional məsələlərin də müzakirə olunacağını bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov da görüş zamanı Fidanın rəhbərlik etdiyi nümayəndə heyətini Moskvada salamlamaqdan məmnun olduğunu bildirib. O qeyd edib ki, iki ölkə arasındakı geniş gündəlik Prezident Putin və Prezident Ərdoğan tərəfindən müəyyənləşdirilir.

“Dünənki görüşdə ortaqlığımızın dərinləşdirilməsinə yönəlmiş qarşılıqlı əməkdaşlıq və nəticə əsaslı yanaşma bir daha təsdiqləndi. İkitərəfli əməkdaşlıq sahəsində mühüm planlarımız var. Xaricdən gələn qeyri-qanuni maneələrin aradan qaldırılmasına çalışırıq. Ticarət və investisiya sahəsində əməkdaşlığımız inkişaf edir və davam edəcək”- deyə Lavrov vurğulayıb.

Lavrov əlavə edib ki, həm ikitərəfli hədəflər, həm də Şimali Afrika və Orta Şərqdə vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq təşəbbüslər də müzakirə olunacaq. O, həmçinin bildirib ki, Rusiya Prezidenti Putinin də vurğuladığı kimi, Türkiyənin Ukrayna ilə birbaşa danışıqların yenidən təşkilinə dəstək verməsi yüksək qiymətləndirilir.

Məqalədə: #Türkiyə #Rusiya #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #Sergey Lavrov #Rusiya XIN #İkitərəfli əlaqələr

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
Numan Kurtulmuş İraqa gedir
Numan Kurtulmuş İraqa gedir
10:32
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
10:26
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
10:14
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
10:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.