12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyənin pilotsuz döyüş təyyarəsi KIZILELMA kritik testi keçib

28 May 2025 12:41
Türkiyənin pilotsuz döyüş təyyarəsi KIZILELMA kritik testi keçib

BAKI,AzerVoice

Bayraktar Kızılelma “Avropa Birliyi Kalkış Manevri Testi”ni uğurla keçib.

AzerVoice xəbər verir ki, Türkiyənin yerli və milli reaktiv pilotsuz döyüş təyyarəsi Bayraktar Kızılelma daha bir mühüm mərhələni geridə qoyub.

Təyyarənin PT-4 prototipi “Avropa Birliyinin Kalkış Manevri Testi”ni müvəffəqiyyətlə tamamlayıb.

Bu barədə Baykar Texnologiyanın İdarə Heyətinin sədri Səlcuq Bayraktar sosial media hesabında məlumat verib. O, sınaqlara dair görüntüləri də ictimaiyyətlə paylaşıb və Kızılelmanın yüksək manevr qabiliyyətini önə çəkib.

Qeyd edək ki, Baykar tərəfindən tam yerli sərmayə ilə hazırlanan Kızılelma layihəsinə 2021-ci ildə start verilib. Təyyarənin ilk sınaq uçuşu 2022-ci il dekabrın 14-də həyata keçirilib. Səlcuq Bayraktar daha əvvəl Kızılelmanın seriyalı istehsal mərhələsinin 2026-cı ildə KIZILELMA-10 modeli ilə başlayacağını açıqlamışdı.

Türkiyənin ilk reaktiv pilotsuz döyüş təyyarəsi olan Bayraktar KIZILELMA süni intellekt əsaslı idarəetmə sistemi ilə havadan-havaya və hava-yer missiyalarını yerinə yetirə bilir. Aşağı radar əksolunma səviyyəsi və gəmilərdən qalxıb enə bilmə qabiliyyəti ilə KIZILELMA gələcək döyüş meydanında əhəmiyyətli rol oynayacaq.

Təyyarə 8,5 ton qalxma çəkisinə və 1500 kq faydalı yük daşıma qabiliyyətinə malikdir. Milli AESA radar sistemi ilə təchiz olunmuş KIZILELMA, yüksək situasiya məlumatlılığı və milli sursatlardan istifadə etmə imkanına sahibdir. Eyni zamanda “ağıllı donanma muxtariyyəti” ilə qrup halında koordinasiyalı şəkildə fəaliyyət göstərə biləcək.

Məqalədə: #Türkiyə #Selçuk Bayraktar #Türkiyə müdafiə sənayesi #Baykar #KIZILELMA #pilotsuz döyüş təyyarəsi #Yerli və milli istehsal səviyyəsi

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Oman görüşündə Hörmüzlə bağlı yekun razılaşma olmayacaq
Oman görüşündə Hörmüzlə bağlı yekun razılaşma olmayacaq
19:49
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
19:46
Pezeşkian və Murmu İran-Hindistan əlaqələrini müzakirə ediblər
Pezeşkian və Murmu İran-Hindistan əlaqələrini müzakirə ediblər
19:42
Misir Prezidenti beynəlxalq dəniz yollarının açıq saxlanmasına çağırıb
Misir Prezidenti beynəlxalq dəniz yollarının açıq saxlanmasına çağırıb
19:21
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
19:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.