14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Suriya ilə uçuşlar tezliklə yenidən başlayacaq - Ərdoğan

3 İyun 2025 10:32
Suriya ilə uçuşlar tezliklə yenidən başlayacaq - Ərdoğan

BAKI, AzerVoice

Suriya Hava Yolları Türkiyəyə uçuşları tezliklə bərpa edəcək.

AzerVoice xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Hava Yollarının Türkiyəyə kommersiya uçuşlarını “tezliklə” bərpa edəcəyini təsdiqləyib.

O, bu barədə sosial şəbəkədə paylaşım etsə də, konkret tarix açıqlamayıb.

Ərdoğan həmçinin qeyd edib ki, Türkiyənin aşağı büdcəli aviaşirkəti AJET yaxın vaxtlarda Suriyaya müntəzəm uçuşlara başlayacaq. Qeyd edək ki, AJET Türk Hava Yollarının törəmə şirkətidir və bu ilin yanvar ayında Suriyaya — Bəşər Əsədin hakimiyyətdən devrilməsindən altı həftə sonra — uçuşları bərpa edib.

Xatırladaq ki, Suriya Hava Yolları 2011-ci ildə ölkədə müharibə başladıqdan sonra Qərbin tətbiq etdiyi sanksiyalar səbəbindən bir çox beynəlxalq marşrutlarını, o cümlədən Türkiyə uçuşlarını dayandırmışdı. Hazırda Türkiyəyə uçuşların dəqiq tarixinin nə vaxt bərpa ediləcəyi açıqlanmayıb.

Prezident Ərdoğan açıqlamasında Türkiyənin Suriyada enerji sahəsində “tezliklə müjdə verəcəyini” də bildirib, lakin ətraflı məlumat verməyib.

Qeyd edək ki, ötən həftə Suriya hökuməti iki türk şirkəti ilə birlikdə Qətər və ABŞ-dan olan iki şirkətin daxil olduğu konsorsiumla 7 milyard dollar dəyərində enerji müqaviləsi imzalayıb. Saziş çərçivəsində ölkənin mərkəzi və şərqində dörd qaz stansiyası, cənubda isə bir günəş elektrik stansiyası tikilməsi planlaşdırılır. Layihənin ümumi gücü 5000 meqavat təşkil edəcək.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Suriya #Uçuşların bərpası #Türkiyə Suriyada infrastruktur dəstəyi #Türkiyə Suriya münasibətləri #Türkiyə və Suriya arasında nəqliyyat sahəsində əməkdaşlıq #Aviasiya sektoru

Mövzu üzrə digər xəbərlər

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
Suriya

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək

11:33
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

13 Sentyabr 18:00
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21

Son Xəbərlər

İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
16:49
Misir və BMT Sudan böhranını müzakirə edib
Misir və BMT Sudan böhranını müzakirə edib
16:29
Səudiyyə Ərəbistanında kərkəslər üçün xüsusi yemləmə məntəqələri yaradılacaq
Səudiyyə Ərəbistanında kərkəslər üçün xüsusi yemləmə məntəqələri yaradılacaq
16:03
İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb
İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb
15:54
Küveyt və Böyük Britaniya media əməkdaşlığını genişləndirir
Küveyt və Böyük Britaniya media əməkdaşlığını genişləndirir
15:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.