6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İsrailin Madlinə müdaxiləsini qınayırıq - Cevdet Yılmaz

9 İyun 2025 14:59
İsrailin Madlinə müdaxiləsini qınayırıq - Cevdet Yılmaz

BAKI, AzerVoice

Türkiyə Respublikasının Vitse-prezidenti Cevdət Yılmaz, soyqırımçı İsrailin Qəzzaya humanitar yardım daşıyan “Madleen” gəmisinə müdaxiləsinə sosial media hesabından sərt reaksiya verib.

AzerVoice xəbər verir ki, Yılmaz, qalıcı həll üçün konkret addımlar atılmasının vacibliyinə diqqət çəkərək aşağıdakı fikirləri bölüşüb:

“İsrailin beynəlxalq sularda ‘Madleen’ adlı gəmiyə qarşı etdiyi müdaxiləni lənətləyirik.

İnsani dəyərləri və hüququ heçə sayan, humanitar yardımları əngəlləyərək cinayətlərinə yenilərini əlavə edən Netanyahu rəhbərliyi beynəlxalq ictimaiyyətdən lazımi cavabı almalıdır.

Biz tezliklə atəşkəsin təmin edilməsini, humanitar yardımların fasiləsiz şəkildə Qəzzaya çatdırılmasını və iki dövlətli, qalıcı həll üçün konkret addımlar atılmasını gözləyirik.

Türkiyə Respublikası olaraq hər sahədə məzlum Fələstin xalqının yanında olmağa davam edəcəyik.

Tarixi bir müqavimət göstərən Fələstin xalqı və insani dəyərlər gec-tez qalib gələcək. İsrail rəhbərliyinin zülm və soyqırım siyasəti insanlıq birliyi qarşısında məğlub olmağa məhkumdur.”

Qeyd edək ki, İsrail hərbçiləri, Qəzzaya yardım göndərmək məqsədilə yola çıxan "Madleen" adlı gəmini ələ keçirib və gəmidəki 12 fəalı, o cümlədən Qreta Tanberqi həbs edərək gəmini Aşdod limanına gətirib.

İsrailin qanunsuz blokadasına qarşı açıq etiraz olaraq Fələstin tərəfdarı Azadlıq Donanması Koalisiyası (FFC) tərəfindən təşkil edilib.

Azadlıq Donanması Koalisiyası, Telegram üzərindən "SOS! Madleen gəmisindəki könüllülər İsrail qüvvələri tərəfindən oğurlanıb" mesajını yayımlayaraq, gəminin ələ keçirildikdən sonra əlaqənin kəsildiyini bildirdi.

Canlı yayımlanan görüntülərdə, İsrail gəmilərinin "Madleen" gəmisini əhatə etdiyi və fəallara əllərini havaya qaldırmağı əmr etdiyi görünür. Gəmi, Qəzzaya humanitar yardım göndərməyi və oradakı böhrana diqqət çəkməyi hədəfləyirdi.

Həmçinin, HƏMAS hərəkatı, beynəlxalq ictimaiyyəti İsrailin yardım gəmisinə qarşı amansız hücumunu pisləməyə çağırıb.

Birləşmiş Millətlər Təşkilatının Fələstindəki insan hüquqları üzrə xüsusi müşavirəsi Francesca Albanese, gəminin işğalçı qüvvələr tərəfindən ələ keçirilməsindən sonra, Britaniya hökumətinə dərhal tədbir görməyi və gəmini və sərnişinlərini azad etməyə çalışmasını tövsiyə edib.

Albanese, Azadlıq Donanması Koalisiyasının əməliyyatını dəstəkləyərək, digər gəmilərə Qəzza blokadasına qarşı mübarizə aparmalarını çağırıb.

Məqalədə: #İsrail #Cevdet Yılmaz #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Madleen gəmisi yardım missiyası

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

20:41
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.