12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Bir nəfər FETÖ-çü də qalmayana qədər mübarizə davam edəcək - Gülər

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən mərasimdə çıxış edərək, FETÖ ilə mübarizənin qətiyyətlə davam edəcəyini bildirib.

14 İyul 2025 16:35
Bir nəfər FETÖ-çü də qalmayana qədər mübarizə davam edəcək - Gülər

BAKI, AzerVoice

FETÖ ilə mübarizəmiz bir nəfər də qalmayana qədər davam edəcək.

AzerVoice xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən mərasimdə çıxış edərək, FETÖ ilə mübarizənin qətiyyətlə davam edəcəyini bildirib.

Nazir Gülər bildirib ki, Milli Müdafiə Nazirliyi olaraq, ilk gündən olduğu kimi FETÖ terror təşkilatına qarşı mübarizə qanun çərçivəsində və səngimədən aparılır.
“Kimliyindən asılı olmayaraq bir nəfər də FETÖ-çü qalmayana qədər bu mübarizə davam edəcək”, – deyə nazir vurğulayıb.

O qeyd edib ki, 15 iyul 2016-cı il gecəsi yaşanan çevriliş cəhdi, Türkiyə tarixində qaranlıq bir səhifə olsa da, xalqın müqaviməti ilə şanlı bir dastana çevrilib. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi, xalqın və təhlükəsizlik qüvvələrinin birliyi sayəsində dövlətin və milli iradənin qorunduğunu qeyd edən Gülər, bu qələbənin “xalqın öz taleyinə sahib çıxmasının simvolu” olduğunu deyib.

Nazir Gülər çıxışında həmçinin bildirib ki, Türk Silahlı Qüvvələri tarix boyu olduğu kimi bu gün də ölkənin təhlükəsizliyini quruda, dənizdə və havada qorumağa davam edir. Ordunun içindən təmizlənmiş xəyanətkar ünsürlərə qarşı mübarizə nəticəsində bugünkü ordu daha güclü, daha nizamlı və effektiv fəaliyyət göstərir.

Qeyd edək ki, nazir çıxışı zamanı İsrailin İrana hücumları, Ukrayna-Rusiya müharibəsi kimi nümunələrlə daxili zəifliklərin xarici təhlükəsizliyə yaratdığı təhdidlərə də diqqət çəkib. “Bu səbəbdən dövlət strukturlarında ən kiçik zəifliyə belə dözülməyəcək”, – deyə o bildirib.

Məqalədə: #Türkiyə #Türkiyənin Milli Müdafiə nazirliyi #Yaşar Gülər #PKK terror təşkilatı #FETÖ #Türk Silahlı Qüvvələri #Terrorla mübarizə #Terrorçuların zərərsizləşdirilməsi #Terrorçuluğa qarşı mübarizə #FETÖ-nün gizli strukturu

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.