Türkiyədə 100-dən çox terrorçu könüllü şəkildə təslim olub
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb ki, ölkənin təhlükəsizlik orqanları ilə aparılan müzakirələr və yaxınlaşdırma tədbirləri nəticəsində ümumilikdə 103 terrorçu könüllü şəkildə təslim olub. Onların 10 nəfəri Diyarbəkir analarının övladlarıdır. Nazir bu açıqlamanı Türkiyənin daxili təhlükəsizlik qüvvələrinin 2025-ci il fəaliyyətinə dair qiymətləndirmə toplantısında verib. Nazir vurğulayıb ki, Türkiyənin təhlükəsizlik qüvvələri müasir texnologiyalar, peşəkar heyət və yüksək hazırlıqla ölkənin hər bölgəsində fəaliyyətini davam etdirir.
Türkiyəni terror bəlasından xilas edəcəyik - Ərdoğan
Türkiyəni terror bəlasından xilas edəcəyik. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyada keçirilən 300 mininci Təbii Fəlakət Mənzili Püşkatma mərasimində çıxış edərkən səsləndirib. “Bizim gündəmimizdə yalnız ölkəni terror bəlasından əbədi olaraq xilas etmək var. Bu çərçivədə səbrlə və soyuqqanlılıqla çalışırıq. Məqsədimizə yaxınlaşdıqca hücumlar daha da artır. Bir tərəfdən əsassız xəbərlərlə şəhid və qazi ailələrimizi narahat etməyə cəhd edirlər. Muhtarlıqların bağlanması isə əsla gündəmdə deyil” – deyə, Ərdoğan bildirib.
“Terrorsuz Türkiyə” prosesi çərçivəsində terror təşkilatı ilə danışıqlar aparılmayıb - Kurtulmuş
“Terrorsuz Türkiyə” prosesinin heç bir mərhələsində terror təşkilatı ilə danışıqlar aparılmayıb və bundan sonra da aparılmayacaq. Bunu Türk Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Malazgirt Zəfərinin 103-cü ildönümü münasibətilə Afyonkarahisar şəhərində qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüşdə çıxış edərkən deyib.
Türk əsrində FETÖ və digər terror təşkilatlarına yer olmayacaq - Yerlikaya
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən tədbirdə çıxış edərək bildirib ki, "Türk əsrində nə FETÖ-yə, nə də başqa heç bir terror təşkilatına keçid yoxdur və olmayacaq".
Bir nəfər FETÖ-çü də qalmayana qədər mübarizə davam edəcək - Gülər
Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən mərasimdə çıxış edərək, FETÖ ilə mübarizənin qətiyyətlə davam edəcəyini bildirib.
Terrorun mərkəzi olan Cizrə bu gün Türkiyənin sülh məkanına çevrilib
2015–2016-cı illərdə baş verən terror hadisələrindən sonra ciddi dağıntılara məruz qalan Şırnak şəhər mərkəzi və Cizrə rayonu dövlət tərəfindən yenidən qurulub.