6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

“Terrorsuz Türkiyə” prosesi çərçivəsində terror təşkilatı ilə danışıqlar aparılmayıb - Kurtulmuş

“Terrorsuz Türkiyə” prosesinin heç bir mərhələsində terror təşkilatı ilə danışıqlar aparılmayıb və bundan sonra da aparılmayacaq. Bunu Türk Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Malazgirt Zəfərinin 103-cü ildönümü münasibətilə Afyonkarahisar şəhərində qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüşdə çıxış edərkən deyib.

26 Avqust 2025 20:30
“Terrorsuz Türkiyə” prosesi çərçivəsində terror təşkilatı ilə danışıqlar aparılmayıb - Kurtulmuş

BAKI, AzerVoice, Səməd Əyyubov

“Terrorsuz Türkiyə” prosesinin heç bir mərhələsində terror təşkilatı ilə danışıqlar aparılmayıb və bundan sonra da aparılmayacaq.

AzerVoice xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Malazgirt Zəfərinin 103-cü ildönümü münasibətilə Afyonkarahisar şəhərində qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüşdə çıxış edərkən deyib.

Kurtulmuş prosesin heç bir mərhələsində terror təşkilatı ilə danışıqlar aparılmadığını, bu mövzuda muxtariyyət, ayrıca bölgə və ya fərqli dillərin rəsmi dil elan olunması ilə bağlı heç bir tələb olmadığını vurğulayıb. O həmçinin, təşkilat rəhbərinin azadlığa buraxılması ilə əlaqədar da heç bir təşəbbüsün irəli sürülmədiyini qeyd edib.

Bununla yanaşı Kurtulmuş, ək avqust ayının Türk tarixi üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Kurtulmuş, Malazgirt döyüşü ilə Anadolunun qapılarının türklərə və müsəlmanlara açıldığını və əbədi olaraq Türk yurdu kimi miras buraxıldığını söyləyib. O, əsrlər sonra dünyanın müxtəlif güclərinin Anadolunu ələ keçirmək planlarına baxmayaraq, xalqın yoxsulluq və çətinliklər içində mübarizə apararaq qurtuluş savaşını qazandığını, bu müharibənin ən mühüm mərhələlərindən birinin isə 26-30 avqust tarixlərində keçirilən Böyük Hücum olduğunu bildirib. TBMM sədri Mustafa Kamal Atatürk başda olmaqla bütün sərkərdələri və şəhidləri yad edib.

Qeyd edək ki, tədbirdə Afyonkarahisar valisi Kübra Güran Yiğitbaşı, Afyonkarahisar Ticarət və Sənaye Palatasının rəhbəri Hüsnü Serteser, sabiq nazir Veysel Eroğlu, millət vəkilləri və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib.

Məqalədə: #Türkiyə #PKK terror təşkilatı #terror aktı #terrorçu #terror #terror üzvləri #terrorizm #Terrorla mübarizə #Terrorçuların zərərsizləşdirilməsi #Terrorçuluğa qarşı mübarizə #Terror təşkilatı #Terror fəaliyyətləri #Türkiyə ərazilərində terror #terrorsuz Türkiyə

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.