4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə 15 iyul çevriliş cəhdinin 9-cu ildönümünü “Zəfərin Adı: Türkiyə” şüarı ilə qeyd edir

Türkiyə 15 iyul 2016-cı il tarixində FETÖ terror təşkilatı tərəfindən həyata keçirilən hərbi çevriliş cəhdinin 9-cu ildönümünü qeyd etməyə hazırlaşır.

14 İyul 2025 18:00
Türkiyə 15 iyul çevriliş cəhdinin 9-cu ildönümünü “Zəfərin Adı: Türkiyə” şüarı ilə qeyd edir

BAKI, AzerVoice

Türkiyə 15 iyul 2016-cı il tarixində FETÖ terror təşkilatı tərəfindən həyata keçirilən hərbi çevriliş cəhdinin 9-cu ildönümünü qeyd etməyə hazırlaşır.

AzerVoice xəbər verir ki, bu ilki anım mərasimləri “Zəfərin Adı: Türkiyə” devizi altında təşkil olunacaq.

Çevriliş cəhdi zamanı ABŞ-da yaşayan Fəthullah Gülənin rəhbərlik etdiyi FETÖ üzvləri tərəfindən Ankara, İstanbul və digər şəhərlərdə yerləşən strateji obyektlər hədəf alınıb, nəticədə 250-dən çox insan həyatını itirmiş, 2 min 200-dən çox şəxs isə yaralanıb.

Hadisədən sonra FETÖ-nün dövlətin əsas strukturlarına — xüsusilə də silahlı qüvvələrə uzun illər ərzində gizli şəkildə sızdığı aşkar edilib və təşkilatla əlaqəsi olan minlərlə şəxs dövlət vəzifələrindən uzaqlaşdırılıb. Hüquqi araşdırmalar bu gün də davam edir.

Türkiyə Böyük Millət Məclisi çevriliş cəhdinin ertəsi günü 15 iyul tarixini “Demokratiya və Milli Birlik Günü” kimi təsis etmiş və bu gün hər il ölkə üzrə anım tədbirləri ilə qeyd olunur.

Rəcəb Tayyib Ərdoğanın bu ilki mərasimlər çərçivəsində TBMM-də xüsusi iclasda çıxış edəcəyi, həmçinin çevriliş gecəsində 44 şəhidin verildiyi Ankara Polis Xüsusi Təyinatlı Qüvvələri Komandanlığını ziyarət edəcəyi gözlənilir.

Anım həftəsi çərçivəsində 14–18 iyul tarixlərində Ankara və İstanbulda yerli və beynəlxalq jurnalistlərin iştirakı ilə media proqramı keçiriləcək. Proqrama 81 şəhərdən 81 yerli jurnalist və 41 ölkədən 120 xarici media nümayəndəsi qatılacaq.

Tədbirlər zamanı iştirakçılar Ankara Prezident Kompleksi, 15 İyul Demokratiya Muzeyi və parlament binasını, İstanbulda isə 15 İyul Xatirə Muzeyi və İstanbul Valiliyini ziyarət edəcəklər. Eyni zamanda çevriliş gecəsinə dair təqdimatlar və brifinqlər təşkil olunacaq.

Proqram həmçinin beynəlxalq iştirakçılara Türkiyənin FETÖ-yə qarşı apardığı mübarizə barədə ətraflı məlumat verməyi və 2016-cı ilin iyulunda şəhid olan vətəndaşların xatirəsini yad etməyi hədəfləyir.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #İstanbul #Ankara #TBMM #FETÖ #dövlət çevrilişi cəhdi #Türkiyədə FETÖ ilə mübarizə

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.