10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türk əsilli zabit Niderland ordusunda general olub

​Bu təyinatla Şahan, Niderland tarixində bu vəzifəyə gətirilən ilk türk əsilli zabit olub.

15 İyul 2025 12:19
Türk əsilli zabit Niderland ordusunda general olub

BAKI, AzerVoice

Türk əsilli Cengiz Şahan Avropa ölkəsində general rütbəsinə yüksəlib.

AzerVoice xəbər verir ki, Niderlandda yeni yaradılmış Hava Dəstəyi Komandanlığının rəhbərliyinə türkiyəli mənşəli briqada generalı Cengiz Şahan təyin olunub.

Bu təyinatla Şahan, Niderland tarixində bu vəzifəyə gətirilən ilk türk əsilli zabit olub.

Yeni struktur daxilində Niderland Kral Hərbi Hava Qüvvələrinin Woensdrecht Logistika Mərkəzi və Kral Hərbi Hava Akademiyası bir əmrlə birləşdirilib. Həmçinin bəzi Avropa İttifaqı ölkələrindən olan kiçik bölmələr də bu komandanlığın tərkibinə daxil edilib. Təşkil olunan yeni quruma briqada generalı rütbəsi ilə Cengiz Şahan rəhbərlik edəcək.

Qeyd edək ki, Cengiz Şahan 2003-cü ildə Hollandiya Ordusunda kapitan rütbəsi daşıyarkən Türkiyədə sıravi əsgər kimi hərbi xidmətini Burdurda yerinə yetirib. O zaman Şahan Diyarbakıra göndərilən Niderland Patriot hava hücumundan müdafiə sisteminin komandasında xidmət göstərib.

"Ölkəmin müdafiəsində yer almaq mənim üçün qürurvericidir. Türkiyəyə gəldiyim üçün çox xoşbəxtəm. İkili vətəndaş olduğum üçün burada da hərbi xidmət borcumu yerinə yetirirəm." - deyə Ərzurum əsilli Şahan həmin illərdə verdiyi açıqlamada belə demişdi.

Məqalədə: #Türkiyə #Niderland #Hollandiya #Türk əsilli zabit #Hava Dəstəyi Komandanlığı #Patriot hava hücumundan müdafiə sistemi #Türkiyə müdafiəsi

Mövzu üzrə digər xəbərlər

"300 ER" raketləri ilk dəfə "AKINCI"nın qanadı altında sınaqdan keçirildi
Türk Dövlətləri

"300 ER" raketləri ilk dəfə "AKINCI"nın qanadı altında sınaqdan keçirildi

18:01
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyə

Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb

15:12
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

14:02
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10:37

Son Xəbərlər

Netanyahu Qəzza müharibəsi ilə bağlı ittihamlar qarşısında özünü hədəf kimi təqdim edir
Netanyahu Qəzza müharibəsi ilə bağlı ittihamlar qarşısında özünü hədəf kimi təqdim edir
18:58
İsrail qüvvələri Suriyanın Dəra bölgəsinə daxil olub
İsrail qüvvələri Suriyanın Dəra bölgəsinə daxil olub
18:53
İran hökuməti xarici təsirlə bağlı sərt qanun layihəsinə qarşı çıxıb
İran hökuməti xarici təsirlə bağlı sərt qanun layihəsinə qarşı çıxıb
18:50
Britaniyada keçmiş somalili qaçqın Starmerin yerinə namizəd olub
Britaniyada keçmiş somalili qaçqın Starmerin yerinə namizəd olub
18:45
Qətərin əmək naziri diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edib
Qətərin əmək naziri diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edib
18:40
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.