5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İstanbulda korrupsiya əməliyyatında 100-ə yaxın şəxs həbs olunub

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində İmamoğlunun da aralarında olduğu 105 nəfər həbs edilib.

22 İyul 2025 16:32
İstanbulda korrupsiya əməliyyatında 100-ə yaxın şəxs həbs olunub

BAKI, AzerVoice

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində İmamoğlunun da aralarında olduğu 105 nəfər həbs edilib.

AzerVoice xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində, aralarında vəzifəsindən uzaqlaşdırılmış İBB sədri Əkrəm İmamoğlunun da olduğu 105 şübhəli həbs edilib, 215 nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub.

İBB-yə qarşı korrupsiya istintaqında şübhəli sayı 330-a yüksəlib.

İstanbul Baş Prokurorluğu tərəfindən Cümhuriyyət Xalq Partiyasında (CHP) yayılan “pul sayma” görüntüləri ilə bağlı aparılan istintaq çərçivəsində ifadə verən şahidlər bildiriblər ki, “İBB sədri Əkrəm İmamoğlu və bir sıra digər şəxslər iş adamlarını pul verməyə məcbur edib, bəzi iş adamları ilə birlikdə hərəkət edərək qanunsuz gəlir əldə ediblər, vasitəçi şəxslər üzərindən alış-satış əməliyyatları apararaq əldə etdikləri qanunsuz pulları yuyublar və pul köçürmələri zamanı 'gizli kassir' adlandırılan mülki şəxslərdən istifadə ediblər.”

HTS (telefon danışıqları və mesajlaşmalar), təhlükəsizlik kameralarının görüntüləri, MASAK (Maliyyə Cinayətlərinə Qarşı Mübarizə İdarəsi) hesabatları və 20-dən çox şahidin ifadəsi ilə yanaşı, İBB və ona bağlı iştirakçı şirkətlər tərəfindən açıq hava reklam sahələrinə dair keçirilən tenderlərdə, xidmət satınalmalarında və saxta müqavilələrdə qanun pozuntularının olduğu barədə Daxili İşlər Nazirliyinin müfəttişləri tərəfindən hazırlanmış hesabat əsasında İstanbul Baş Prokurorluğu tərəfindən aşağıdakı maddələr üzrə istintaq başladılıb.

Xatırladaq ki, Əkrəm İmamoğlu, 2025-ci il martın 23-də vəzifəsindən uzaqlaşdırılıb və “cinayətkar təşkilata rəhbərlik etmək”, “rüşvət alma” və “tender saxtakarlığı” ittihamları ilə həbs edilib. Bundan sonra müxtəlif tarixlərdə keçirilən yeddi əməliyyatda ümumilikdə 303 nəfər saxlanılıb.

İstintaq çərçivəsində bələdiyyəyə bağlı müxtəlif qurumların rəhbərləri və əməkdaşları, o cümlədən bələdiyyə şirkətləri rəhbərləri, mətbuat və reklam sahəsində çalışan şəxslər də saxlanılıb. Həmçinin İmamoğlunun yaxın çevrəsinə daxil olan şəxslər, o cümlədən mühafizəçiləri və şəxsi katibi də istintaqa cəlb edilib.

Cinayət işində adları keçən şəxslər arasında İBB-nin sabiq mətbuat və ictimaiyyətlə əlaqələr rəhbərləri, törəmə şirkətlərin direktorları və bir neçə keçmiş millət vəkili də yer alır. İstintaq çərçivəsində ifadə verərək 39 nəfər azadlığa buraxılıb.

Qeyd edək ki, 2023-cü ildə CHP-nin qərargahında yayılan pul sayma görüntüləri ilə əlaqəli başlanan istintaq çərçivəsində mart ayından bəri aparılan əməliyyatlarda İmamoğlu ilə yanaşı, Beylikdüzü və Böyükçekmece bələdiyyələrinin rəhbərləri və onların müavinləri də daxil olmaqla çox sayda şəxs barəsində istintaq davam edir. Hazırda hüquq-mühafizə orqanları əlavə 9 şübhəlinin tutulması istiqamətində əməliyyat tədbirlərini davam etdirir.

Məqalədə: #CHP #Türkiyə Daxili İşlər Nazirliyi #Əkrəm İmamoğlu #İstanbul Baş Prokurorluğu #korrupsiya #MASAK #Korrupsiya işi #İstanbul Böyükşəhər Bələdiyyəsi #həbsxana

Mövzu üzrə digər xəbərlər

Mansur Yavaş CHP-də siyasətə davam edəcək
Türkiyə

Mansur Yavaş CHP-də siyasətə davam edəcək

26 Avqust 15:00
Ərdoğana sui-qəsd cəhdində iştirak edən FETÖ üzvü saxlanıldı
Türkiyə

Ərdoğana sui-qəsd cəhdində iştirak edən FETÖ üzvü saxlanıldı

1 Avqust 10:57
Türkiyədə 7 min jandarmanın iştirakı ilə əməliyyat keçirilib
Türkiyə

Türkiyədə 7 min jandarmanın iştirakı ilə əməliyyat keçirilib

29 İyul 12:37
“Ahbap” istintaqında 4-cü əməliyyat dalğası: 13 nəfər saxlanılıb
Türkiyə

“Ahbap” istintaqında 4-cü əməliyyat dalğası: 13 nəfər saxlanılıb

27 İyul 10:59

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.