9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

DEM Partiyası nümayəndə heyəti İmralıya səfər edib

DEM Partiyası nümayəndə heyəti, PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan ilə görüşmək məqsədilə İmralı Adasına səfər edib.

25 İyul 2025 14:40
DEM Partiyası nümayəndə heyəti İmralıya səfər edib

BAKI, AzerVoice

DEM Partiyası nümayəndə heyəti, PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan ilə görüşmək məqsədilə İmralı Adasına səfər edib.

AzerVoice xəbər verir ki, səfərdə partiyanın Van millət vəkili Pervin Buldan, Şanlıurfa millət vəkili Mithat Sancar və hüquqşünas Özgür Erol iştirak edir.

Heyətin İmralı səfəri, PKK-ya bağlı bir qrupun silahlarını yerə qoyduğunu açıqlamasının ardından başlayan siyasi dialoq və “terrorla mübarizədə siyasi yol xəritəsi” çərçivəsində həyata keçirilir.

DEM Partiyası nümayəndə heyəti bu prosesin bir hissəsi olaraq daha əvvəl Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli və Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl ilə də görüşlər keçirib. Görüşlərdə əsas mövzulardan biri Türkiyə Böyük Millət Məclisi (TBMM) çərçivəsində terrorla mübarizəyə dair komissiyanın yaradılması olub.

Heyətin həmçinin Ədliyyə naziri Yılmaz Tunç ilə də görüş keçirdiyi, bu təmaslarda İmralı prosesi və siyasi dialoqun hüquqi çərçivələri ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.

Məlumata görə, heyət son günlərdə keçirilən siyasi və institusional görüşlərə dair məlumatları Abdullah Öcalanla paylaşmaq və prosesin növbəti mərhələləri barədə onunla məsləhətləşmək niyyətindədir. İmralı görüşünün nə zaman baş tutacağına dair rəsmi məlumat verilməsə də, prosesin gedişi baxımından bu səfər siyasi və ictimai baxımdan əhəmiyyətli bir mərhələ kimi qiymətləndirilir.

Qeyd edək ki, iyulun 11-də İraqın Süleymaniyyə şəhərində PKK-ya bağlı bir qrup silahlarını məhv edərək prosesin yeni mərhələsini başladıb.

PKK üzvləri Süleymaniyyənin Surdaş mahalı sərhədindəki mağarada toplaşaraq silahlarını alovlu qazanda məhv ediblər. Proses İraq Kürd Regional Rəhbərliyi, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı, DEM Partiyası nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə izlənilib.

MHP sədri Devlet Bahçelinin çağırışı və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə irəliləyən "Terrorsuz Türkiyə" prosesi, silahların məhv edilməsi ilə simvolik dönüş nöqtəsinə çatıb. PKK-nın tam tərksilahı sentyabrın sonuna qədər tamamlanması planlaşdırılır.

Həmçinin qeyd edək ki, bu prosesin əsas mərhələlərinə DEM Partiyasının Ədliyyə Nazirliyinin icazəsi ilə İmralıya səfərləri, siyasi partiyalar arasında müzakirələr və prezident Ərdoğanın Pervin Buldan və Mithat Sancarla görüşləri daxildir. PKK mayın 5-7-də keçirilən qurultayında təşkilatın ləğvi və silahın yerə qoyulması qərarını açıqlamışdı.

"Terrordan Azad Türkiyə" hədəfinin həyata keçməsi ilə ölkə əhalisi üçün yeni bir dövr başlayır. Hökumət, prosesi sülh və təhlükəsizlik çərçivəsində davam etdirməkdə qərarlıdır.

Məqalədə: #PKK #PKK terror təşkilatı #Abdullah Öcalan #PKK və Türkiyə münaqişəsi #PKK-nın silahları yerə qoyması #Abdullah Öcalanın çağırışı #DEM partiyası #Pervin Buldan #İmralı

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.