5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Nazir Gülər ABŞ-ın Ankaradakı səfirini qəbul edib

Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər ABŞ-ın Ankaradakı səfiri Tomas Cozef Barakı qəbul edib. Türkiyə və ABŞ-ın Suriyada əməkdaşlığı gücləndirmək qərarına gəldiyi toplantıda Barak da iştirak edib.

28 İyul 2025 16:03
Nazir Gülər ABŞ-ın Ankaradakı səfirini qəbul edib

BAKI, AzerVoice

Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər ABŞ-ın Ankaradakı səfiri Tomas Cozef Barakı qəbul edib.

AzerVoice xəbər verir ki, Türkiyə Milli Müdafiə nazirliyin sosial media hesabında paylaşılıb.

Tomas Barak kimdir ?

Türkiyə və ABŞ-ın Suriyada əməkdaşlığı gücləndirmək qərarına gəldiyi toplantıda Barak da iştirak edib. Dövlət katibi Mark Rubio Baraka Suriyada yerli strukturlarla əlaqə qurmaq səlahiyyətinin verildiyini açıqlayıb. Bu, onun Suriya üzrə xüsusi nümayəndə təyin olunacağı ehtimalını artırıb.

28 aprel 1947-ci ildə Kaliforniyada anadan olan Tomas Cozef Barak Livan əsilli katolik bir ailədə böyüyüb. Hüquq təhsili alan Barak, daha sonra Vanderbilt Universitetində hüquq üzrə doktorantura dərəcəsi (JD) alıb. Erken yaşlardan sahibkarlıq ruhu ilə tanınan Barak, maliyyə və daşınmaz əmlak sahəsində uğurlu karyera qurub və qısa müddətdə ABŞ-ın ən nüfuzlu investorlarından birinə çevrilib.

1980-ci illərdən etibarən Barakın adı Donald Tramp ilə birgə hallanmağa başlayıb. Onların dostluğu əvvəlcə daşınmaz əmlak sektorunda əməkdaşlıqla başlayıb, daha sonra şəxsi və siyasi səviyyəyə yüksəlib. Barak, Trampın 2016-cı il prezident kampaniyasının əsas donoru və strateji məsləhətçisi olub. Həmin il keçirilən inauqurasiya mərasiminin təşkilat komitəsinə rəhbərlik edərək rekord məbləğdə maliyyə toplanmasında rol oynayıb.

Barakın siyasi fəaliyyəti zaman-zaman mübahisələrə səbəb olub. 2021-ci ildə o, ABŞ hökumətinə qeydiyyatsız lobbiçilik etmək və Birləşmiş Ərəb Əmirliklərinin Tramp administrasiyasına təsir göstərməkdə vasitəçi olmaq ittihamları ilə məhkəməyə verilib. Lakin 2022-ci ildə məhkəmə onu bütün ittihamlardan bəraət etdirib. Hərçənd bu hüquqi proses onun imicinə müəyyən mənfi təsir göstərmişdi.

1991-ci ildə Barak “Colony Capital” adlı investisiya şirkətini təsis edib. Şirkət otel şəbəkələri, daşınmaz əmlak və əyləncə sahəsində böyük sərmayələrlə tanınıb. Daha sonra bu şirkət “DigitalBridge Group” adını alaraq texnologiya və rəqəmsal infrastruktur sahəsinə yönəlib. 80 milyard dollardan artıq aktiv idarə edən bu nəhəng qurum Barakı dünya miqyasında tanınan maliyyə liderlərindən birinə çevirib.

2020-ci ildən etibarən Barak şirkətin rəhbərliyindən çəkilərək daha az fəal mövqe tutub.

Üç dəfə evlənən Tomas Barak altı uşaq atasıdır. Onun həyat hekayəsi ABŞ mediasında tez-tez “Amerika arzusunun gerçəkləşmiş siması” kimi təqdim olunur — immiqrant ailəsində doğulan, lakin qlobal siyasət və iqtisadiyyat səhnəsində nüfuz qazanan bir şəxsiyyət.

Barakın ABŞ-ın Suriyada xüsusi nümayəndəsi təyin olunması onun biznes təcrübəsi və regional tanışlıqları fonunda diplomatik çevikliyi və praqmatizmi önə çıxara bilər. Tramp administrasiyasına yaxınlığı və Yaxın Şərqdəki əlaqələri isə bu təyinatın sadəcə texniki deyil, siyasi məna da daşıdığını da göstərir.

Məqalədə: #Türkiyənin Milli Müdafiə nazirliyi #ABŞ #Livan #Yaşar Gülər #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya siyasi həll #Tomas Barak

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.