8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

2025-ci ildə Türkiyədə aparılan qazıntılarda 10 mühüm arxeoloji kəşf

AzerVoice xəbər verir ki, 2025-ci ilin əvvəlindən etibarən Türkiyədə müxtəlif bölgələrdə aparılan arxeoloji qazıntılar Anadolunun zəngin tarixini bir daha ortaya qoyub.

3 Avqust 2025 16:28
Baku
2025-ci ildə Türkiyədə aparılan qazıntılarda 10 mühüm arxeoloji kəşf

BAKI, AzerVoice

Qədim sivilizasiyalara işıq salan bu tapıntılar arasında monumental məzarlar, tunc heykəllər, mozaikalar və batmış gəmi də yer alır.

AzerVoice xəbər verir ki, 2025-ci ilin əvvəlindən etibarən Türkiyədə müxtəlif bölgələrdə aparılan arxeoloji qazıntılar Anadolunun zəngin tarixini bir daha ortaya qoyub.

Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi "Gələcək üçün İrs Layihəsi" çərçivəsində tapılan əsərlər təkcə bədii deyil, həm də sosial və tarixi baxımdan dəyərli məlumatlar təqdim edir.

Aşağıda bu ilin ən diqqətçəkən 10 arxeoloji tapıntısı ilə tanış ola bilərsiniz:

1. Qordion: 2700 illik monumental qəbir
Ankarada yerləşən Qordion Antik Şəhərində eramızdan əvvəl 8-ci əsrə aid monumental tumulus (qəbir təpəsi) aşkar edilib. 60 metr diametrli və 8 metr hündürlüyündə olan bu qəbir Frigiya kralına və ya yüksək rütbəli idarəçiyə aid ola bilər. Qazıntılar zamanı tunc qazanlar, dəmir buxur ocaqları və digər qiymətli əşyalar tapılıb.

2. Aspendos: Roma dövrünə aid Hermes heykəli
Antalyada yerləşən Aspendos antik şəhərində mərmərdən hazırlanmış, Hermesə aid olduğu düşünülən bir heykəl parçalanmış halda tapılıb və sonradan bərpa olunub. Əsas atributları ilə tanınan bu əsər eramızın II–III əsrlərinə aiddir.

3. Perge: Eros və Afrodita heykəlləri
Qədim Perge şəhərindəki qazıntılar zamanı müxtəlif dövrlərə aid beş heykəl aşkar edilib. Delfin üzərində oturan Eros, bütöv Afrodita fiquru və qadın obrazları şəhərin heykəltəraşlıq ənənələrindən xəbər verir.

4. Assos: Mozaika və abidə məzar
2200 illik nəbati motivli mozaika və 1800 illik monumental türbə Çanaqqalada yerləşən Assos antik şəhərində üzə çıxarılıb. Ellinizm dövrünə aid bu əsərlər şəhərin ictimai və mədəni həyatını daha dərindən anlamağa imkan verir.

5. Hadrianopolis: Qədim strategiya oyunu daşları
Karabük vilayətində yerləşən Hadrianopolisdə 5-ci əsrə aid sümük oyun daşları tapılıb. Bu parçalar Roma hərbi hissələrinin burada mövcudluğu və əsgərlərin oynadığı strateji oyunlarla bağlı yeni bilgilər təqdim edir.

6. Milas: Heyvan təsvirli Roma mozaikaları
Muğlanın Milas bölgəsindəki Roma hamamının döşəməsində timsah, delfin, flaminqo və yılan balığı təsvirlərinin yer aldığı nadir mozaikalar aşkar edilib. Bu rəsmlər həmin dövr sənətinin və su mədəniyyətinin maraqlı nümunələridir.

7. Stratonikeia: 2000 illik sarkofaq
YUNESKO-nun Ümumdünya İrs Siyahısında yer alan Stratonikeiada çələnglərlə bəzədilmiş, Eros və öküz başlı motivlərlə işlənmiş 2000 illik sarkofaq tapılıb. Bu, şəhərin qədim dəfn mədəniyyətinə dair yeni məlumatlar verir.

8. Perqamon: “Mozaika Evi” tapıldı
İzmirin qədim Perqamon şəhərində tapılan və “Mozaika Evi” adlandırılan kompleksdə hovuz, mozaikalar və "dünyanın ən şirin uşağı" yazılı məzar daşı aşkar edilib. Binanın xristianlıq dövründə də istifadə edildiyi bildirilir.

9. Metropolis: Parçalanmış tunc heykəllər
İzmirin Torbalı rayonundakı Metropolisdə minlərlə tunc heykəl qalıqları tapılıb. Bu kəşf şəhərdə tunc sənətkarlığı və heykəltəraşlığın inkişaf etdiyini və təkrar emalın tətbiq olunduğunu sübut edir.

10. Adrasan: 2000 illik batmış gəmi
Antalyanın Adrasan sahillərindəki sualtı qazıntılar zamanı Son Ellinistik-Erkən Roma dövrünə aid batmış keramika yük gəmisi aşkar edilib. Bu nadir tapıntı qədim dövr dəniz ticarəti və keramika sənəti barədə yeni məlumatlar təqdim edir.

Məqalədə: #Türkiyə Mədəniyyət və Turizm Nazirliyi #arxeoloji tapıntılar #Mədəniyyət və Turizm Nazirliyi #arxeoloji kəşf #Arxeoloji qazıntılar

Mövzu üzrə digər xəbərlər

Türkiyəyə səfər edən Misir turistlərinin sayı artıb (ÖZƏL)
Şimali Afrika

Türkiyəyə səfər edən Misir turistlərinin sayı artıb (ÖZƏL)

29 İyul 13:00
Azərbaycandan Türkiyəyə turist səfərləri azalıb (ÖZƏL)
Türkiyə

Azərbaycandan Türkiyəyə turist səfərləri azalıb (ÖZƏL)

29 İyul 11:20
Türkiyəyə səfər edən Qırğızıstan turistlərinin sayı artıb (ÖZƏL)
İqtisadiyyat

Türkiyəyə səfər edən Qırğızıstan turistlərinin sayı artıb (ÖZƏL)

30 Aprel 14:39
Aşqabadda Türkiyənin turizm həftəsi keçirilir
Türk Dövlətləri

Aşqabadda Türkiyənin turizm həftəsi keçirilir

15 Aprel 11:52

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.