9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə tarixində iyul ayı üzrə ən yüksək ixrac qeydə alınıb - Nazir

Türkiyənin ixracatı ilk dəfə olaraq iyul ayında 25 milyard dollar həddinə çatıb. Bu barədə Türkiyənin Ticarət Naziri Ömər Bolat bildirib.

2 Avqust 2025 20:56
Türkiyə tarixində iyul ayı üzrə ən yüksək ixrac qeydə alınıb - Nazir

BAKI, AzerVoice, Səməd Əyyubov

Türkiyənin ixracatı ilk dəfə olaraq iyul ayında 25 milyard dollar həddinə çatıb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Naziri Ömər Bolat bildirib.

Nazir qeyd edib ki, bu göstərici Türkiyə tarixində iyul ayı üzrə ən yüksək ixrac səviyyəsidir.

“Son 12 ayın ən yüksək aylıq artım səviyyəsinə nail olmuşuq. Eyni zamanda, ilk dəfə olaraq iyul ayında əlavə 2,5 milyard dollarlıq ixrac qeydə alınıb. Ötən il bu rəqəm 22,5 milyard dollar idi. Beləliklə, 266,9 milyard dollara 2,5 milyard əlavə olunaraq illik ixrac həcmi 269,4 milyard dollara yüksəldi. Bu artım tempini qorumaq ən böyük arzumuzdur” - deyə, nazir bildirib.

Bolat vurğulayıb ki, bu artım illik əsasda 3,1 faizlik mal ixracı artımına uyğundur və ilk yeddi ay ərzində ixrac artımı 5,2 faiz təşkil edib. Onun sözlərinə görə, bu nəticə dünya ortalamasından xeyli yüksəkdir və ixrac ümumilikdə 156,4 milyard dollara çatıb.

Nazir ABŞ və Avropa İttifaqı (Aİ) ölkələrində iqtisadi artımın zəif olduğunu bildirib və ixrac artımını qorumaq üçün səylərin davam edəcəyini qeyd edib.

Bolat geyim və tekstil sektorundakı vəziyyətə də diqqət çəkib. O bildirib ki, cari ilin ilk yeddi ayında toxunmuş və toxunmamış geyim məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 710 milyon dollar azalıb. Lakin son iki ayda bu azalma stabilləşib və payız mövsümündə artım gözlənilir.

Bununla yanaşı, kimya sənayesi, avtomobil, müdafiə və dəmir-polad sahələrində ixrac artımı müşahidə olunur.

“Avtomobil sənayesində təxminən 78 faizlik, kimyəvi məhsullar sektorunda isə iyul ayında 36-37 faizlik artım qeydə alınıb” – deyə, nazir qeyd edib.

Nazir ixracatçılara göstərilən maliyyə dəstəyi mexanizmləri barədə də məlumat verib.

“Reeskont krediti vasitəsilə ixracatçılara dəstək veririk. Hazırda bazarın yarısı qədər, yəni 27 faizlik xərc ilə maliyyələşmə aparılır. 130 milyard lirə həcmində ixrac zəmanət sistemi təqdim olunub. Korporativ vergi üzrə 5 faizlik endirim, valyuta çevirmə mükafatı da tətbiq edirik. Mərkəzi Banka valyuta satanlara 3 faiz həcmində mükafat verilir. Mal ixracatı üçün Dəstək və Qiymət Sabitliyi Fondundan (DFİF) 25,5 milyard, xidmət ixracatı üçün isə 7,5 milyard lirə dəstək ayrılıb. Ümumilikdə 33 milyard lirəlik dəstək paketi təqdim olunub” - deyə, o bildirib.

Bolat, son olaraq, Türkiyənin Suriyanın yenidən qurulmasına töhfə verdiyini də qeyd edib. Onun sözlərinə görə, gələn həftə Suriya Sənaye Nazirliyi ilə Birgə İqtisadi və Ticarət Şurasının qurulmasına dair razılaşma imzalanacaq.

Məqalədə: #Türkiyə Ticarət Nazirliyi #Ömər Bolat #Türkiyə İxracatçılar Məclisi #ixracat #ərzaq ixracı #ixrac #dəmir ixracı #polad ixracı #kimyəvi məhsul ixracı #Türkiyə ixracat statistikası

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
11:48
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
11:20
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.