9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Hakan Fidan və Marko Rubio Tramp-Zelenski görüşünü müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub. Söhbət zamanı ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə Alyaskada keçirdiyi görüş, həmçinin Ukrayna prezidenti Volodimir Zelenski və Avropa liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən iclasın nəticələri müzakirə edilib.

19 Avqust 2025 18:56
Hakan Fidan və Marko Rubio Tramp-Zelenski görüşünü müzakirə ediblər

BAKI, AzerVoice, Səməd Əyyubov

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

AzerVoice-un məlumatına görə, söhbət zamanı ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə Alyaskada keçirdiyi görüş, həmçinin Ukrayna prezidenti Volodimir Zelenski və Avropa liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən iclasın nəticələri müzakirə edilib.

Fidan bildirib ki, Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün atıla biləcək addımlar nəzərdən keçirilib və Türkiyə davamlı sülhün əldə olunması üçün hər cür dəstəyə hazırdır.

Telefon söhbətində həmçinin Qəzza zolağındakı vəziyyət və atəşkəs danışıqlarında əldə olunan irəliləyişlər müzakirə olunub. Hakan Fidan qeyd edib ki, Qəzzada daimi atəşkəsin tez bir zamanda təmin olunması və humanitar yardımların fasiləsiz olaraq bölgəyə çatdırılması vacibdir.

Söhbət zamanı Suriyadakı son vəziyyət də diqqətə gətirilib. Türkiyə tərəfi ölkənin sabitliyinə, birliyinə və ərazi bütövlüyünə önəm verdiyini vurğulayıb.

Xatırladaq ki, avqustun 18-də Ağ Evdə ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderlərinin iştirakı ilə danışıqlar aparılıb.

Bundan əlavə, Alyaskanın Ankoric şəhərində yerləşən “Elmendorf-Riçardson” hərbi bazasında Tramp və Putin arasında məhdud formatda görüş keçirilib. Görüşdə Rusiya tərəfini Prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, ABŞ tərəfini isə dövlət katibi Marko Rubio və Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib. Liderlər əvvəlcə qısa söhbət aparıb, daha sonra “üçə-üç” formatında əsas müzakirələrə keçiblər. Görüşdən sonra dövlət başçıları birgə mətbuat konfransı keçiriblər.

Məqalədə: #Türkiyə #Rusiya #ABŞ #Hakan Fidan #Ukrayna #Marko Rubio #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Telefon danışığı #Rusiya-Ukrayna müharibəsi #Rusiya-Ukrayna müharibəsinin sonu #Rusiya Ukrayna danışıqları #Rusiya Ukrayna sülh təşəbbüsü

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
18:35
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
18:25
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.