9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

TBMM-də İsrailin Qəzzaya hücumları ilə bağlı bəyannamə qəbul edilib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun imzasını daşıyan və İsrailin Qəzzadakı işğal siyasəti ilə Fələstin xalqına qarşı həyata keçirdiyi soyqırımı pisləyən bəyannamə TBMM Baş Assambleyasında qəbul edilib. Bəyannamədə vurğulanıb ki, İsrailin onilliklərdir davam etdirdiyi işğal və ilhaq siyasəti son iki ildə xüsusilə Qəzzada soyqırıma çevrilib. Qeyd olunub ki, aclıq və qıtlıq bir silah kimi istifadə olunaraq on minlərlə insanın həyatına son qoyulub. Baş nazir Benyamin Netanyahunun hökumətinin Qəzza əhalisini aclığa məhkum etməsi BMT və beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənib.

29 Avqust 2025 20:37
TBMM-də İsrailin Qəzzaya hücumları ilə bağlı bəyannamə qəbul edilib

BAKI, AzerVoice, Səməd Əyyubov

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun imzasını daşıyan və İsrailin Qəzzadakı işğal siyasəti ilə Fələstin xalqına qarşı həyata keçirdiyi soyqırımı pisləyən bəyannamə TBMM Baş Assambleyasında qəbul edilib.

AzerVoice-un məlumatına görə, sənəddə bütün ölkə parlamentləri İsraillə hərbi və ticarət əlaqələrini dayandırmağa, Fələstinə qarşı tətbiq olunan embarqonu qırmaq üçün təcili addımlar atmağa çağırılıb.

Bəyannamədə vurğulanıb ki, İsrailin onilliklərdir davam etdirdiyi işğal və ilhaq siyasəti son iki ildə xüsusilə Qəzzada soyqırıma çevrilib. Qeyd olunub ki, aclıq və qıtlıq bir silah kimi istifadə olunaraq on minlərlə insanın həyatına son qoyulub. Baş nazir Benyamin Netanyahunun hökumətinin Qəzza əhalisini aclığa məhkum etməsi BMT və beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənib.

Sənəddə İsrailin son iki ildə əksəriyyəti qadın və uşaq olmaqla 70 minə yaxın insanı öldürdüyü, 150 mindən çox insanı yaraladığı, bölgənin mülki infrastrukturunu dağıtdığı qeyd olunub. Qüds və İordan çayının qərb sahilində qanunsuz məskunlaşmaların və zorakılıqların sürətləndirildiyi, torpaq zəbtinin davam etdiyi vurğulanıb.

TBMM bəyannaməsində İsrailin həyata keçirdiyi zorakılıqların və qətliamların beynəlxalq cinayət xarakteri daşıdığı, xüsusilə aclıq və qıtlığın məhv silahı kimi istifadəsinin soyqırım cinayəti olduğu qeyd olunub. Beynəlxalq ictimaiyyət İsraili daimi atəşkəsə məcbur etməyə, silahlı qüvvələrini bölgədən çıxarmağa və humanitar yardımların fasiləsiz çatdırılmasına şərait yaratmağa dəvət olunub.

Eyni zamanda, 1967 sərhədləri əsasında müstəqil və suveren Fələstin dövlətinin yaradılmasının bölgədə ədalətli və daimi sülhün yeganə yolu olduğu bildirilib. Əqsa məscidinə və digər müqəddəs məkanlara hücumların dərhal dayandırılması tələb olunub. İsrail hökuməti soyqırım siyasətini dayandırmayana qədər onun BMT və beynəlxalq təşkilatlardakı üzvlüyünün dondurulması çağırışı edilib.

Bəyannamənin sonunda dünya parlamentləri İsraillə hərbi və ticari əlaqələri kəsməyə, Fələstinə tətbiq edilən embarqonu aradan qaldırmağa, soyqırım və müstəmləkəçilik siyasətinə qarşı çıxmağa, Fələstin xalqının qanuni haqlarını müdafiə etməyə və iki dövlətli həll yolunu dəstəkləməyə çağırılıb. Həmçinin, 18 aprel 2025-ci ildə İstanbulda TBMM təşəbbüsü ilə yaradılmış “Fələstini Dəstəkləyən Parlamentlər Qrupu”na qoşulmaq çağırışı da səsləndirilib.

Qəbul edilən sənədin “Rəsmi Qəzet”də dərc ediləcəyi bildirilib.

Məqalədə: #Qəzza #İsrail #Numan Kurtulmuş #Qəzza zolağı #TBMM #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir
Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir
18:11
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.