6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

ASELSAN-ın “EJDERHA” sistemi “Çelik Kubbe”ni gücləndirir

Türkiyənin müdafiə sənayesində yeni addım atan ASELSAN, “Çelik Kubbe” hava hücumundan müdafiə sisteminə əlavə olunan yeni nəsil Anti-PUA silahı EJDERHA-nı təqdim edib. Müdafiə eksperti Eray Güçlüer, sistemin texnoloji imkanlarını dəyərləndirərək onun həm dronlara, həm də mina və əl istehsalı partlayıcılara (EYP) qarşı əhəmiyyətli üstünlüklər qazandırdığını vurğulayıb.

19 Sentyabr 2025 13:14
ASELSAN-ın “EJDERHA” sistemi “Çelik Kubbe”ni gücləndirir

BAKI, AzerVoice, Fərid Mikayılov

Türkiyənin müdafiə sənayesində yeni addım atan ASELSAN, “Çelik Kubbe” hava hücumundan müdafiə sisteminə əlavə olunan yeni nəsil Anti-PUA silahı EJDERHA-nı təqdim edib.

AzerVoice xəbər verir ki, müdafiə eksperti Eray Güçlüer, sistemin texnoloji imkanlarını dəyərləndirərək onun həm dronlara, həm də mina və əl istehsalı partlayıcılara (EYP) qarşı əhəmiyyətli üstünlüklər qazandırdığını vurğulayıb.

Güçlüer bildirib ki, EJDERHA lazer texnologiyasından fərqli olaraq elektromaqnit dalğalarını yönləndirərək “elektromaqnit mərmi” istehsal edir. Bu üsul sayəsində, xüsusilə fiber-optik kabellə idarə olunan FPV dronlarının elektron sistemləri işıq sürətində təsirsiz hala gətirilir.

“Ənənəvi silahda mərminin hədəfə çatma vaxtı olur, EJDERHA isə hədəfi ani olaraq vurur” — deyə Güçlüer qeyd edib.

Ekspertin sözlərinə görə, sistemin ən mühüm üstünlüklərindən biri də eyni anda minlərlə “atış” həyata keçirə bilməsidir. Elektromaqnit dalğalarının təbiəti bu imkanı təmin edir və sürü halında hücum edən dronlara qarşı effektiv müdafiə təmin olunur.

EJDERHA yalnız hava hədəflərinə qarşı deyil, həm də torpaq altına gizlədilmiş partlayıcıların aşkarlanması və zərərsizləşdirilməsində istifadə edilə bilir. Güçlüer, bu texnologiyanın xüsusilə EYP-lərdən qaynaqlanan itkilərin qarşısının alınmasında həyati əhəmiyyət daşıdığını vurğulayıb.

Türk mühəndisləri tərəfindən hazırlanmış və patentləşdirilmiş sistem, ASELSAN-ın milli müdafiə sənayesində yaratdığı innovativ yanaşmaların nümunəsi kimi təqdim olunur.

Məqalədə: #ASELSAN #Türkiyə müdafiə sənayesi #PUA #Dr. Eray Güçlüer #Ejderha #Çelik Kubbe #pilotsuz uçuş aparatları #Türkiyə pilotsuz təyyarə bazaları #anti-PUA #Türk mühəndisləri

Mövzu üzrə digər xəbərlər

İsrail Livanın cənubunda hücumları davam etdirir
Livan

İsrail Livanın cənubunda hücumları davam etdirir

3 Sentyabr 22:29
BƏƏ İranın Küveytə raket və pilotsuz uçuş aparatları ilə hücumunu kəskin pisləyib
BƏƏ

BƏƏ İranın Küveytə raket və pilotsuz uçuş aparatları ilə hücumunu kəskin pisləyib

3 Sentyabr 19:30
Bəhreyn İranın Küveytə hücumlarını kəskin pisləyib
Bəhreyn

Bəhreyn İranın Küveytə hücumlarını kəskin pisləyib

3 Sentyabr 18:53
İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp
Digər Dövlətlər

İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

2 Sentyabr 22:42

Son Xəbərlər

Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
10:00
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.