5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İspaniya hökuməti Türkiyədən 45 ədəd HÜRJET təyyarəsi alacaq

İspaniya hökuməti, Türkiyənin ilk milli reaktiv təlim və yüngül hücum təyyarəsi HÜRJET-in alınmasına rəsmi olaraq razılıq verib. Qərar, İspaniya Nazirlər Şurasının 28 oktyabr tarixli iclasında təsdiqlənib. "Nazirlər Şurası, mövcud AE.09 (F-5) təyyarələrinin yerinə döyüş və hücum təyyarələri üçün Enteqrə Təlim Sistemi (ITS-C) alınmasını, dəyəri təxminən 3 milyard 120 milyon avro olan müqavilə çərçivəsində təsdiqləyib." - deyə bəyanatda qeyd edilib.

29 Oktyabr 2025 15:45
İspaniya hökuməti Türkiyədən 45 ədəd HÜRJET təyyarəsi alacaq

BAKI, AzerVoice, Nailə Babazadə

İspaniya hökuməti, Türkiyənin ilk milli reaktiv təlim və yüngül hücum təyyarəsi HÜRJET-in alınmasına rəsmi olaraq razılıq verib.

AzerVoice xəbər verir ki, qərar, İspaniya Nazirlər Şurasının 28 oktyabr tarixli iclasında təsdiqlənib.

"Nazirlər Şurası, mövcud AE.09 (F-5) təyyarələrinin yerinə döyüş və hücum təyyarələri üçün Enteqrə Təlim Sistemi (ITS-C) alınmasını, dəyəri təxminən 3 milyard 120 milyon avro olan müqavilə çərçivəsində təsdiqləyib." - deyə bəyanatda qeyd edilib.

Qərara əsasən, İspaniya Türkiyədən 45 ədəd HÜRJET təyyarəsi alacaq. Sənəddə qeyd olunur ki, bu layihə İspaniya Hərbi Hava və Kosmik Qüvvələrinin pilot hazırlığı imkanlarını yeniləmək və gücləndirmək məqsədi daşıyır.

"Bu sistem yeni və mürəkkəb təhlükəsizlik şəraitində əməliyyatlara hazırlığı artırmaq üçün nəzərdə tutulub. Müqavilə imzalandığı tarixdən 30 noyabr 2035-ci ilədək qüvvədə olacaq və uzadılma imkanı yoxdur." - deyə sənəddə qeyd edilir.

Təyyarələrin 2028-ci ildən etibarən təhvil verilməsinə başlanacaq. İlk HÜRJET-lərin 2029–2030-cu tədris ilində təlim proqramlarında istifadəsi və ən azı 30 il xidmət göstərməsi planlaşdırılır.

İspaniyanın müdafiə sənayesi xəbərləri yayan “Infodefensa” portalının məlumatına görə, layihədə Airbus əsas sənaye koordinatörü olacaq. Proqrama həmçinin Aciturri, Aernnova, Aertec, Airtificial, Amper, Indra, Sener kimi ölkənin 15 iri aerokosmik şirkəti də qatılacaq.

Hökumət layihəyə İspaniya Sənaye Nazirliyi tərəfindən 5 ilə bölünmüş 1,04 milyard avroluq kredit ayıracaq.

Digər mənbə — “Actualidad Aeroespacial” saytı isə yazır ki, müqavilə həm Airbusun dizayn, istehsal və sistem inteqrasiyası təcrübəsini, həm də Türk Havacılık ve Uzay Sanayii A.Ş. (TUSAŞ) tərəfindən hazırlanmış HÜRJET modelinin texnoloji üstünlüklərini birləşdirəcək.

Məqalədə: #TUSAŞ #İspaniya #Hürjet #təyyarə #HÜRKUŞ Təlim Təyyarəsi #Türkiyənin ilk milli reaktiv təlim təyyarəsi #TUSAŞ 2025 #hərbi təyyarə #reaktiv təlim təyyarəsi #3 milyard avro müqavilə

Mövzu üzrə digər xəbərlər

İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
Digər Dövlətlər

İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib

4 Sentyabr 18:45
İspaniyada Seuta miqrasiya böhranına görə kütləvi etirazlar keçirilib
Digər Dövlətlər

İspaniyada Seuta miqrasiya böhranına görə kütləvi etirazlar keçirilib

3 Sentyabr 12:37
Avropadakı meşə yanğınları sığortaya tələbatı artıra bilər
Digər Xəbərlər

Avropadakı meşə yanğınları sığortaya tələbatı artıra bilər

28 İyul 21:28
TUSAŞ HÜRKUŞ, HÜRJET və KAAN layihələri ilə bağlı yeni məlumatları açıqlayıb
Türkiyə

TUSAŞ HÜRKUŞ, HÜRJET və KAAN layihələri ilə bağlı yeni məlumatları açıqlayıb

22 İyul 11:02

Son Xəbərlər

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.