4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ərdoğanın sərəncamı ilə qanunsuz mərcə qarşı yeni tədbirlər paketi qüvvəyə minib

Sərəncamda qeyd olunur ki, ailə bağlarını zədələyən, sosial münasibətləri zəiflədən və xüsusilə gəncləri hədəf alan qanunsuz mərc və qumar fəaliyyəti həm cəmiyyət üçün mənfi nəticələr doğurur, həm də qeyri-rəsmi iqtisadiyyatın genişlənməsinə və cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılmasına şərait yaradaraq ictimai təhlükəsizlik baxımından ciddi təhdid yaradır.

1 Noyabr 2025 09:59
Ərdoğanın sərəncamı ilə qanunsuz mərcə qarşı yeni tədbirlər paketi qüvvəyə minib

BAKI,AzerVoice, Fərid Mikayılov

Türkiyədə "Onlayn mühitdə qanunsuz mərc, şans oyunları və qumarla mübarizə üzrə Fəaliyyət Planı (2025–2026)" adlı yeni sənəd rəsmi şəkildə qüvvəyə minib.

AzerVoice xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın imzaladığı Sərəncam bu gün "Resmi Gazete"də dərc olunub.

Sərəncamda qeyd olunur ki, ailə bağlarını zədələyən, sosial münasibətləri zəiflədən və xüsusilə gəncləri hədəf alan qanunsuz mərc və qumar fəaliyyəti həm cəmiyyət üçün mənfi nəticələr doğurur, həm də qeyri-rəsmi iqtisadiyyatın genişlənməsinə və cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılmasına şərait yaradaraq ictimai təhlükəsizlik baxımından ciddi təhdid yaradır.

Sənəddə vurğulanır ki, sosial medianın geniş yayılması, rəqəmsal ödəniş sistemləri və kriptovalyutaların inkişafı qanunsuz mərc fəaliyyətlərini daha əlçatan edib və bu prosesə transsərhəd xarakter qazandırıb. Bu səbəbdən hüquqi, texniki və inzibati mexanizmlərin gücləndirilməsi vacib hesab olunur.

Sərəncamdan önəmli məqamlar:

Qanunsuz onlayn mərc və qumarla mübarizə dövlət təhlükəsizliyi, sosial mühitin qorunması və iqtisadi sabitlik üçün həyati əhəmiyyət daşıyır.

Sosial media və kripto aktivlər bu fəaliyyətlərin yayılmasını sürətləndirir.

Problemin beynəlxalq xarakter alması səbəbilə dövlət qurumları arasında koordinasiya genişləndiriləcək.

Maarifləndirmə işləri artırılacaq, texniki nəzarət sistemləri gücləndiriləcək.

Fəaliyyət planının icrasına Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının(MASAK) rəhbərlik edəcəyi bildirilib. Bütün dövlət qurumları prosesə dəstək verməyə və üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə çağırılıb.

Ərdoğan sənəddə qeyd edib ki, fəaliyyət planının həyata keçirilməsi zamanı bütün dövlət qurumları lazımi köməyi göstərməli və prosesi prioritet olaraq qəbul etməlidir.

Məqalədə: #Rəcəb Tayyib Ərdoğan #Resmi Gazete #MASAK #qanunsuz mərc oyunları #Qanunsuz mərc əməliyyatı Türkiyə

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56
Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan
Siyasət

Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan

1 Sentyabr 14:03
Ərdoğan Bişkekə gedir
Türkiyə

Ərdoğan Bişkekə gedir

31 Avqust 09:38
Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?
VOA analitika: Geosiyasi təhlillər

Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

31 Avqust 09:00

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.