9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə Milli Müdafiə Nazirliyi Suriyalı hərbi tələbələrlə bağlı iddiaları təkzib edib

Türkiyə Milli Müdafiə Nazirliyi Suriyalı qonaq hərbi tələbələrlə bağlı bəzi media qurumlarında yayılan iddialara münasibət bildirib və məlumatları yalanlayıb. Bəyannamədə qeyd olunub ki, Suriyalı hərbi tələbələr “Ortaq Təhsil və Məsləhət Razılaşması” çərçivəsində Milli Müdafiə Universitetində (MSÜ) təhsil alırlar və bu şəxslərin Türkiyə Silahlı Qüvvələrinin heyətlərində xidmət etməsi nəzərdə tutulmur.

6 Noyabr 2025 14:19
Türkiyə Milli Müdafiə Nazirliyi Suriyalı hərbi tələbələrlə bağlı iddiaları təkzib edib

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyə Milli Müdafiə Nazirliyi Suriyalı qonaq hərbi tələbələrlə bağlı bəzi media qurumlarında yayılan iddialara münasibət bildirib və məlumatları yalanlayıb.

AzerVoice xəbər verir ki, bəyannamədə qeyd olunub ki, Suriyalı hərbi tələbələr “Ortaq Təhsil və Məsləhət Razılaşması” çərçivəsində Milli Müdafiə Universitetində (MSÜ) təhsil alırlar və bu şəxslərin Türkiyə Silahlı Qüvvələrinin heyətlərində xidmət etməsi nəzərdə tutulmur.

Nazirlik vurğulayıb ki, ölkə bir çox dost və müttəfiq dövlətlərlə imzalanmış razılaşmalar əsasında təhsil və məsləhət fəaliyyətləri həyata keçirir. Bu çərçivədə, xarici hərbi tələbələr müəyyən müddət ərzində Türkiyədə təhsil alır və kursları bitdikdən sonra öz ölkələrinə qayıdırlar.

Bildirilib ki, 2016-cı ildə MSÜ-nün təsisindən 2025-ci ilə qədər ABŞ, Balkanlar, Afrika, Türk Dövlətləri, Avropa və Uzaq Şərq ölkələri daxil olmaqla 39 ölkədən 3 min 16 qonaq hərbi tələbə Məktəbləri, Əsgər Kadrları Məktəbləri, Hərbi tələbə və Əsgərlik Təlim Proqramları, Hərbi Tibbi Universitet və Hərbi İnstitutlarda təhsil alıb.

Bəyannamədə həmçinin qeyd edilib ki, Suriyalı tələbələr də eyni razılaşma çərçivəsində MSÜ-də təhsil alır və onların Türkiyə Silahlı Qüvvələrində xidmət etməsi söz mövzusu deyil.

Türkiyə Milli Müdafiə Nazirliyi ictimaiyyəti yanlış məlumatlara inanmaqdan çəkinməyə və qurumlara qarşı əsassız iddialara reaksiya göstərməməyə çağırıb.

Məqalədə: #Türkiyənin Milli Müdafiə nazirliyi #Türkiyə Silahlı Qüvvələri #Suriya xəbərləri #Türkiyə hərbi müdaxiləsi #Türkiyə Suriyada hərbi baza #Türkiyə-Suriya əməkdaşlığı

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.