9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə Çelik Kubbeni gücləndirmək üçün 6,5 milyard dollarlıq müqavilələr imzalayıb

Türkiyənin laylı hava müdafiə sistemi “Çelik Kubbe”nin gücləndirilməsi məqsədilə yeni raket və hava müdafiə sistemlərinin kütləvi istehsalına dair ümumi dəyəri 6,5 milyard dollar olan müqavilələr imzalanıb. Müqavilələrin imzalanması mərasimi Müdafiə Sənayesi İdarəsinin koordinasiyası ilə 25 noyabrda HAVELSAN-ın ev sahibliyində keçirilib. Tədbirdə Müdafiə Sənayesi İdarəsinin rəhbəri professor Haluk Görgün, idarə rəisinin müavini Hüseyn Avşar, ASELSAN-ın baş direktoru Ahmet Akyol, Roketsan-ın baş direktoru Murat İkinci, Türk Silahlı Qüvvələrinin nümayəndələri və müdafiə sənayesi təmsilçiləri iştirak ediblər.

26 Noyabr 2025 15:14
Türkiyə Çelik Kubbeni gücləndirmək üçün 6,5 milyard dollarlıq müqavilələr imzalayıb

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyənin laylı hava müdafiə sistemi “Çelik Kubbe”nin gücləndirilməsi məqsədilə yeni raket və hava müdafiə sistemlərinin kütləvi istehsalına dair ümumi dəyəri 6,5 milyard dollar olan müqavilələr imzalanıb.

AzerVoice xəbər verir ki, müqavilələrin imzalanması mərasimi Türkiyə Müdafiə Sənayesi İdarəsinin koordinasiyası ilə 25 noyabrda HAVELSAN-ın ev sahibliyində keçirilib. Tədbirdə Müdafiə Sənayesi İdarəsinin rəhbəri professor Haluk Görgün, idarə rəisinin müavini Hüseyn Avşar, ASELSAN-ın baş direktoru Ahmet Akyol, Roketsan-ın baş direktoru Murat İkinci, Türk Silahlı Qüvvələrinin nümayəndələri və müdafiə sənayesi təmsilçiləri iştirak ediblər.

Mərasimdə imzalanan sənədlər Türkiyənin mövcud hava müdafiə qabiliyyətlərini genişləndirməyi, yeni nəsil raket sistemlərinin istehsalını artırmağı nəzərdə tutur.

Haluk Görgün çıxışında Müdafiə Sənayesi İcra Komitəsinin (SSİK) qəbul etdiyi qərarların mərhələli şəkildə icra olunduğunu bildirib. O, Roketsan və ASELSAN tərəfindən inventara daxil edilmiş yaxın və uzun mənzilli hava müdafiə sistemlərinin daha inkişaf etmiş versiyaları ilə bağlı yeni müqavilələrin də imzalandığını vurğulayıb.

Görgün əlavə edib ki, Türkiyənin müdafiə sənayesi ordunun döyüş qabiliyyətini artırmaq üçün fasiləsiz fəaliyyət göstərir.

Məqalədə: #ASELSAN #Türkiyə müdafiə sənayesi #HAVELSAN #Türkiyə Silahlı Qüvvələri #Haluk Görgün #Türkiyə Müdafiə Sənayesi İdarəsi #Çelik Kubbe #Türk Silahlı Qüvvələri #Murat İkinci #ASELSAN 2025 maliyyə nəticələri #ASELSAN ixrac müqavilələri #Türk Silahlı Qüvvələrinin simvolik fiquru #Türkiyə müdafiə sənayesi inkişafı

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir
Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir
18:11
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.