BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyədə Tuncelidə 4,2 bal gücündə zəlzələ qeydə alınıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, zəlzələ Tuncelidə yerli vaxtla saat 15:34-da (Bakı vaxtı ilə saat 16:34-də) baş verib. Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə yerləşib.
İnsan tələfatı və ya dağıntılar barədə məlumat yoxdur.