5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə XİN Ukraynanın Çornomorsk limanına hücumla bağlı açıqlama yayıb

Türkiyənin Xarici İşlər Nazirliyi Ukraynanın Çornomorsk limanına endirilən hücumla bağlı açıqlama verərək, hadisənin müharibənin Qara dəniz akvatoriyasına yayılması ilə bağlı narahatlıqların əsaslı olduğunu göstərdiyini bildirib. Nazirliyin yazılı bəyanatında qeyd olunub ki, bu gün Çornomorsk limanına edilən hücum zamanı Türkiyə şirkətinə məxsus, xarici bayraq altında üzən bir gəmi zərər görüb. Açıqlamada vurğulanıb ki, bölgədə davam edən müharibənin Qara dəniz məkanına keçməsi dəniz təhlükəsizliyi və naviqasiya azadlığı baxımından daha əvvəl səsləndirilən narahatlıqları təsdiqləyir.

13 Dekabr 2025 04:00
Türkiyə XİN Ukraynanın Çornomorsk limanına hücumla bağlı açıqlama yayıb


BAKI, AzerVoice, Orxan Qədirzadə

Türkiyənin Xarici İşlər Nazirliyi Ukraynanın Çornomorsk limanına endirilən hücumla bağlı açıqlama verərək, hadisənin müharibənin Qara dəniz akvatoriyasına yayılması ilə bağlı narahatlıqların əsaslı olduğunu göstərdiyini bildirib.

AzerVoice xəbər verir ki, Nazirliyin yazılı bəyanatında qeyd olunub ki, bu gün Çornomorsk limanına edilən hücum zamanı Türkiyə şirkətinə məxsus, xarici bayraq altında üzən bir gəmi zərər görüb. Açıqlamada vurğulanıb ki, bölgədə davam edən müharibənin Qara dəniz məkanına keçməsi dəniz təhlükəsizliyi və naviqasiya azadlığı baxımından daha əvvəl səsləndirilən narahatlıqları təsdiqləyir.

İlkin məlumatlara əsasən, gəmidə olan heyət üzvləri və yük avtomobili sürücüləri təxliyə edilib, hücum nəticəsində Türkiyə vətəndaşları arasında xəsarət alan olmayıb. Bildirilib ki, Türkiyənin Odesadakı Baş Konsulluğu vəziyyəti yaxından izləyir və zəruri dəstək göstərilir.

Nazirlik bəyanatında Rusiya-Ukrayna müharibəsinin təcili şəkildə dayandırılmasının vacibliyi bir daha vurğulanıb. Eyni zamanda Qara dənizdə eskalasiyanın qarşısını almaq məqsədilə naviqasiya təhlükəsizliyinin təmin olunması, eləcə də enerji və liman infrastrukturlarını hədəf alan hücumların dayandırılması üçün müvafiq razılaşmanın zəruriliyi xatırladılıb.

Məqalədə: #Türkiyə XİN Ukraynanın Çornomorsk limanına hücumu ilə bağlı açıqlama verib #Çornomorsk limanına hücum Qara dənizdə təhlükəsizlik narahatlıqlarını artırıb #Türkiyə: Qara dənizdə naviqasiya təhlükəsizliyi risk altındadır #МИД Турции выступил с заявлением по поводу атаки на порт Черноморск #Анкара предупредила об угрозе безопасности судоходства в Чёрном море #Атака на Черноморск усилила обеспокоенность Турции #Turkish Foreign Ministry issues statement on attack on Chornomorsk port #Turkey warns over maritime security risks in the Black Sea #Attack on Chornomorsk raises navigation safety concerns #says Turkey

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.