9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ankaradakı təyyarə qəzasında həlak olan Liviya rəsmilərinin cəsədləri məhkəmə-tibbi ekspertizaya təhvil verilib

Ankarada baş verən təyyarə qəzasında həlak olan Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Məhəmməd Əli əl-Həddad, onu müşayiət edən dörd nəfər və üç nəfərdən ibarət uçuş heyətinin cəsədləri Ankara Məhkəmə-Tibbi Ekspertiza Qrupuna gətirilib.

24 Dekabr 2025 21:45
Ankaradakı təyyarə qəzasında həlak olan Liviya rəsmilərinin cəsədləri məhkəmə-tibbi ekspertizaya təhvil verilib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Ankarada baş verən təyyarə qəzasında həlak olan Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Məhəmməd Əli əl-Həddad, onu müşayiət edən dörd nəfər və üç nəfərdən ibarət uçuş heyətinin cəsədləri Ankara Məhkəmə-Tibbi Ekspertiza Qrupuna gətirilib.

AzerVoice-un məlumatına görə, Liviya və Türkiyə rəsmilərinin iştirakı ilə aparılan ilkin baxışdan sonra cəsədlər məhkəmə-tibbi ekspertiza müayinəsi və yarılma prosedurlarının aparılması üçün aidiyyəti quruma təhvil verilib.

Məlumata əsasən, şəxsiyyətlərin dəqiq müəyyənləşdirilməsi məqsədilə qəza nəticəsində həlak olan şəxslərin yaxın qohumlarından DNT nümunələrinin götürülməsi nəzərdə tutulur. Məhkəmə-tibbi prosedurlar başa çatdıqdan sonra cəsədlərin yaxınlarına təhvil veriləcəyi bildirilib.

Qeyd olunub ki, həlak olan şəxslərin cəsədləri sabah Mürted Hərbi Hava Bazasında keçiriləcək rəsmi vida mərasimindən sonra mənsub olduqları ölkəyə göndəriləcək.

Ankarada baş verən təyyarə qəzası ilə bağlı bir sıra ərəb ölkələri tərəfindən başsağlığı mesajları yayımlanıb. İordaniya, Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Fələstin Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Məhəmməd Əli əl-Həddad və onunla birlikdə həlak olan nümayəndə heyəti üçün baş sağlığı verib.

İordaniya Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında qəza nəticəsində həyatını itirən şəxslərlə bağlı Liviya hökumətinə və xalqına başsağlığı ifadə olunub, bu ağır hadisə ilə əlaqədar Liviya ilə həmrəylik nümayiş etdirildiyi vurğulanıb.

Suriya Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan açıqlamada da Liviya hökuməti və xalqına başsağlığı verilib, həlak olan hərbi nümayəndə heyətinin ailələrinə səbir dilənib. Açıqlamada iki ölkə arasında mövcud olan əlaqələrə diqqət çəkilib.

Suriya Müdafiə Nazirliyi də baş verən hadisə ilə bağlı Liviya Müdafiə Nazirliyinə rəsmi başsağlığı ünvanlayıb.

Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi yaydığı açıqlamada Liviya hökuməti və xalqı ilə həmrəylik ifadə edib.

Fələstin Xarici İşlər Nazirliyi də təyyarə qəzasında həlak olan Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və onu müşayiət edən heyət üçün Liviya tərəfinə başsağlığı verib, mərhumların ailələrinə səbir diləyib.

Məqalədə: #Ankaradakı təyyarə qəzasında həlak olan Liviya rəsmilərinin cəsədləri məhkəmə-tibbi ekspertizaya təhvil verilib #Liviya Baş Qərargah rəisinin ölümü ilə nəticələnən qəza üzrə prosedurlar başlayıb #Ankarada baş verən aviasiya qəzası: DNT identifikasiyası aparılacaq #Liviya hərbi nümayəndə heyətinin həlakı ilə bağlı regional ölkələrdən başsağlığı mesajları #Bodies of Libyan Officials Killed in Ankara Crash Sent for Forensic Examination #DNA Identification to Be Conducted After Ankara Plane Crash #Regional Countries Express Condolences to Libya After Crash #Ankara plane crash #Libya delegation #chief of staff

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
21:44
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
21:24
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
21:19
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
20:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.