13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İstanbulda Yeni il gecəsi hücum planlaşdıran 100-dən çox şübhəli saxlanılıb

İstanbulda Yeni il və Milad tədbirlərinə qarşı mümkün terror hücumlarının qarşısının alınması məqsədilə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat nəticəsində hücum planlaşdırmaqda şübhəli bilinən 115 nəfər saxlanılıb. İstanbul Respublika Baş Prokurorluğunun yaydığı məlumata görə istintaq çərçivəsində ümumilikdə 137 nəfər barəsində saxlanılma qərarı çıxarılıb. Polis qüvvələri şəhər üzrə 124 ünvanda eyni vaxtda əməliyyat həyata keçirib.

25 Dekabr 2025 12:43
İstanbulda Yeni il gecəsi hücum planlaşdıran 100-dən çox şübhəli saxlanılıb

BAKI,AzerVoice,Fərid Mikayılov

İstanbulda Yeni il və Milad tədbirlərinə qarşı mümkün terror hücumlarının qarşısının alınması məqsədilə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat nəticəsində hücum planlaşdırmaqda şübhəli bilinən 115 nəfər saxlanılıb.

AzerVoice xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun yaydığı məlumata görə istintaq çərçivəsində ümumilikdə 137 nəfər barəsində saxlanılma qərarı çıxarılıb. Polis qüvvələri şəhər üzrə 124 ünvanda eyni vaxtda əməliyyat həyata keçirib.

Axtarışlar zamanı tapançalar, patronlar və çoxsaylı terror təşkilatına aid sənədlər müsadirə olunub. Açıqlamada qeyd olunub ki, şübhəlilər İŞİD-in çağırışları əsasında xüsusilə qeyri-müsəlmanlara qarşı Yeni il və Milad dövründə hücumlar planlaşdırmaqda ittiham edilirlər.

Onların bir qisminin münaqişə bölgələri ilə əlaqəli olduğu, bəziləri barəsində isə milli və beynəlxalq səviyyədə axtarış qərarlarının mövcudluğu bildirilib.

Qaçqın vəziyyətdə olan şübhəlilərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bundan əlavə, Ankara Respublika Baş Prokurorluğu da İŞİD-in maliyyə şəbəkəsinə qarşı paralel istintaq aparır. MASAK hesabatları və sosial media analizləri əsasında təşkilatın Ankaradakı maliyyə strukturlarının ifşa edildiyi, 10 şübhəli barəsində saxlanılma qərarı verildiyi açıqlanıb. Məlumata görə, həmin şəxslər Suriyadakı İŞİD üzvlərinə bank hesabları vasitəsilə maliyyə dəstəyi göstəriblər.

Qeyd edək ki, təhlükəsizlik qurumları İŞİD-in Yeni il ərəfəsində İstanbul və Ankarada kütləvi məkanlara qarşı hücumlar planlaşdıra biləcəyi barədə əvvəlcədən xəbərdarlıq etmişdi.

İstanbulda İŞİD əməliyyatı: Yeni il gecəsi hücum planlaşdıran 115 şübhəli saxlanıldı

Türkiyə təhlükəsizlik qüvvələri İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirərək Yeni il və Milad tədbirlərini hədəf alan hücum planlarının qarşısını alıb. İstanbulda 124 ünvanda aparılan əməliyyatlar nəticəsində 115 nəfər saxlanılıb.

Açar sözlər: İŞİD əməliyyatı, İstanbul terror əməliyyatı, Yeni il təhlükəsizliyi, Milad hücumu, Türkiyə antiterror tədbirləri, terrorun maliyyələşdirilməsi.

Məqalədə: #Türkiyə #İstanbul #İŞİD #Ankara #İŞİD terror təşkilatı #İstanbul Baş Prokurorluğu #MASAK #Ankara Baş Prokurorluğu #İstanbulda antiterror tədbirləri #Milad və Yeni il hücum planları #Türkiyədə təhlükəsizlik tədbirləri #Türkiyədə İŞİD terror əməliyyatı

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
13:16
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
13:02
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
13:00
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
12:50
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
11:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.