4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Hakan Fidan Davosda imza mərasimində şəxsi qələmindən istifadə etməsinin səbəbini açıqlayıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçrənin Davos şəhərində keçirilən 56-cı Dünya İqtisadi Forumunda “Sülh Şurası”nın imza mərasimində şəxsi qələmindən istifadə etməsi ilə bağlı yayılan müzakirələrə aydınlıq gətirib. Prezident Rəcəb Tayyib Ərdoğanı təmsil edən Hakan Fidan NTV telekanalına müsahibəsində bildirib ki, imza mərasimində masada olan qələmi bəyənmədiyi üçün öz qələmindən istifadə edib. Nazir vurğulayıb ki, söhbət rəsmi və beynəlxalq əhəmiyyətli sənəddən getdiyi üçün bu detallara xüsusi önəm verib.

24 Yanvar 2026 09:00
Hakan Fidan Davosda imza mərasimində şəxsi qələmindən istifadə etməsinin səbəbini açıqlayıb
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçrənin Davos şəhərində keçirilən 56-cı Dünya İqtisadi Forumunda “Sülh Şurası”nın imza mərasimində şəxsi qələmindən istifadə etməsi ilə bağlı yayılan müzakirələrə aydınlıq gətirib.

AzerVoice xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanı təmsil edən Hakan Fidan NTV telekanalına müsahibəsində bildirib ki, imza mərasimində masada olan qələmi bəyənmədiyi üçün öz qələmindən istifadə edib. Nazir vurğulayıb ki, söhbət rəsmi və beynəlxalq əhəmiyyətli sənəddən getdiyi üçün bu detallara xüsusi önəm verib.

Hakan Fidan qeyd edib: “Açığı, oradakı qələmi bəyənmədim. Vacib bir sənəd imzalayırıq və ölkəmizi təmsil edirik”. Onun sözlərinə görə, beynəlxalq protokolda bu cür detallara diqqət yetirmək təmsilçilik baxımından önəmlidir.

Nazir açıqlamasında ABŞ Prezidenti Donald Trampa da toxunaraq bildirib ki, Trampın da imza mərasimində xüsusi qələmdən istifadə etdiyini görüb. “Cənab Trampın xüsusi qələm ilə imza atdığı bir mərasimdə mənim də yanımda daim istifadə etdiyim şəxsi qələmim var idi və onunla imza atmağı uyğun bildim”, – deyə Hakan Fidan əlavə edib.

Qeyd edək ki, Davosda keçirilən mərasimdə Fidanın öz qələmi ilə imza atması sosial mediada və beynəlxalq mediada geniş müzakirələrə səbəb olmuşdu.

Məqalədə: #Hakan Fidan Davosda imza mərasimində niyə şəxsi qələmindən istifadə edib? #Davos detalları: Hakan Fidanın qələm seçimi gündəm oldu #Türkiyə XİN rəhbəri imza mərasimində protokol detalını açıqladı #Hakan Fidan Sülh Şurası imzası ilə bağlı danışdı #Davosda diqqət çəkən an: Fidanın şəxsi qələmi #Türkiyədən beynəlxalq protokola incə mesaj #Hakan Fidan Davos’ta neden kendi kalemini kullandı? #Davos’taki imza töreninde kalem detayı #Fidan’dan kendi kalemimle imzaladım açıklaması #Barış Kurulu imzasında dikkat çeken an #Hakan Fidan’ın kalem tercihi gündem oldu #Davos’ta protokol mesajı

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.