6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Aİ rəsmisi Marta Kos Türkiyəyə rəsmi səfər edəcək

Avropa İttifaqı (Aİ) Komissiyasının genişlənmə üzrə məsul üzvü Marta Kos sabah Türkiyəyə rəsmi səfər edəcək və Xarici İşlər naziri Hakan Fidan ilə görüşəcək. Görüşdə nazir Fidanın Aİ-yə tam üzvlüyün Türkiyə üçün strateji hədəf olaraq qaldığını vurğulaması və birliyin Türkiyəyə qarşı qərəzsiz, ədalətli yanaşma nümayiş etdirməsinin vacibliyini diqqətə çatdırması gözlənilir. Türkiyə tərəfi ikitərəfli münasibətlərdəki mövcud tıxacların aradan qaldırılması üçün qurumsal və çoxşaxəli əməkdaşlıq çərçivəsinin yaradılmasını tələb edəcək.

5 Fevral 2026 14:34
Aİ rəsmisi Marta Kos Türkiyəyə rəsmi səfər edəcək
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Nailə Babazadə

Avropa İttifaqı (Aİ) Komissiyasının genişlənmə üzrə məsul üzvü Marta Kos sabah Türkiyəyə rəsmi səfər edəcək və Xarici İşlər naziri Hakan Fidan ilə görüşəcək.

AzerVoice xəbər verir ki, görüşdə nazir Fidanın Aİ-yə tam üzvlüyün Türkiyə üçün strateji hədəf olaraq qaldığını vurğulaması və birliyin Türkiyəyə qarşı qərəzsiz, ədalətli yanaşma nümayiş etdirməsinin vacibliyini diqqətə çatdırması gözlənilir. Türkiyə tərəfi ikitərəfli münasibətlərdəki mövcud tıxacların aradan qaldırılması üçün qurumsal və çoxşaxəli əməkdaşlıq çərçivəsinin yaradılmasını tələb edəcək.

Danışıqlarda əsas diqqət Gömrük İttifaqının yenilənməsi, viza sərbəstliyi dialoqunun tamamlanması və Türk vətəndaşları, xüsusilə yük maşını sürücüləri üçün Şengen vizası prosedurlarının asanlaşdırılmasına yönələcək. Həmçinin Avropa İnvestisiya Bankının Türkiyədəki fəaliyyətinin tam bərpası və miqrasiya sahəsində ədalətli məsuliyyət bölgüsü məsələləri qaldırılacaq.

Hakan Fidan Türkiyənin iştirakı olmadan Avropanın təhlükəsizlik arxitekturasının qurulmasının qeyri-mümkün olduğunu ifadə edərək, Rusiya-Ukrayna müharibəsi, Qəzza, Suriya, Liviya və İran kimi regional mövzularda koordinasiyanın əhəmiyyətini vurğulayacaq. Qeyd edək ki, tərəflər sonuncu dəfə 2025-ci ilin dekabrında Brüsseldə bir araya gəlmişdilər.

Məqalədə: #Hakan Fidan #Avropa İttifaqı #Avropa İttifaqı (Aİ) #Avropa İttifaqı viza siyasəti #Türkiyə-Avropa İttifaqı münasibətləri #Avropa İttifaqı sürətli müdaxilə qüvvəsi #Marta Kos

Mövzu üzrə digər xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
Digər Dövlətlər

İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib

4 Sentyabr 18:45
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

4 Sentyabr 17:41

Son Xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.