10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasına dəstək verəcək - Duran

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran Ankarada keçirilən "Media perspektivindən münaqişə bölgələrində Türkiyənin sülh rolu" panelində mühüm bəyanatlarla çıxış edib. Duran Türkiyənin Suriya xalqının haqlı mübarizəsində hər zaman onların yanında olacağını və bölgədə sabitliyin bərpası üçün səylərini davam etdirəcəyini vurğulayıb.

26 Fevral 2026 15:32
Türkiyə Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasına dəstək verəcək - Duran
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA, Nailə Babazadə

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran Ankarada keçirilən "Media perspektivindən münaqişə bölgələrində Türkiyənin sülh rolu" panelində mühüm bəyanatlarla çıxış edib.

VOA xəbər verir ki, Duran Türkiyənin Suriya xalqının haqlı mübarizəsində hər zaman onların yanında olacağını və bölgədə sabitliyin bərpası üçün səylərini davam etdirəcəyini vurğulayıb.

İdarə rəhbəri Suriyada 2024-cü ilin dekabrında baş verən dəyişikliklərdən sonra yeni bir dövrün başladığını diqqətə çatdırıb. O, Suriyanın yenidən qurulması və sabitliyinin qorunmasının asan vəzifə olmadığını, bu prosesi sabote etmək istəyən terror qruplaşmaları və bəzi xarici aktörlərin mövcudluğunu qeyd edərək deyib:

"Türkiyə olaraq biz dünən olduğu kimi, bu gün də, gələcəkdə də suriyalı qardaşlarımızın haqlı mübarizəsinin yanında olacağıq. Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə hörmət göstərəcək, bunun qorunmasına kömək edəcəyik."

Burhanəddin Duran həmçinin Türkiyənin Ukrayna-Rusiya müharibəsindəki vasitəçilik rolundan, "Taxıl dəhlizi" sazişindən və Qəzzada törədilən soyqırıma qarşı apardığı beynəlxalq mübarizədən danışıb. O, dezenformasiya ilə mübarizəni sülh diplomatiyasının ayrılmaz tərkib hissəsi adlandıraraq, həqiqətlərin üzərindəki blokadanın qaldırılmasının vacibliyini bildirib.

Tədbirin sonunda Burhanəddin Duran və Suriyanın İnformasiya naziri Həmzə Mustafa "Türkiyənin sülh rolu" adlı foto-sərgiyə baxış keçiriblər.

Məqalədə: #Suriya #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya siyasi həll #Suriya daxili siyasət #Suriya və təhlükəsizlik məsələləri #Suriya ordusu və təhlükəsizlik #Türkiyənin Suriya siyasəti #Suriya münaqişəsi və Türkiyənin rolu #Burhanəddin Duran

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

9 Sentyabr 10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.