5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Kibertəhlükəsizlik milli təhlükəsizliyin ayrılmaz hissəsidir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son dövrlərdə regionda baş verən müharibə və qarşıdurmaların kibertəhlükəsizliyin strateji əhəmiyyətini bir daha ortaya qoyduğunu bəyan edib.

31 Mart 2026 18:21
Kibertəhlükəsizlik milli təhlükəsizliyin ayrılmaz hissəsidir - Ərdoğan

BAKI, VOA, Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son dövrlərdə regionda baş verən müharibə və qarşıdurmaların kibertəhlükəsizliyin strateji əhəmiyyətini bir daha ortaya qoyduğunu bəyan edib.

VOA xəbər verir ki, dövlət başçısı 5G texnologiyalarına həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib ki, Livan, Qəzza və İran ətrafında yaşanan hadisələr müasir dövrdə rəqəmsal təhlükəsizliyin nə qədər vacib olduğunu açıq şəkildə göstərir.

Ərdoğan qeyd edib ki, güclü dövlət olmaq, çəkindirici qüvvəyə sahib olmaq və beynəlxalq nüfuza malik olmaq üçün kiberməkanın inkişafı və təhlükəsizliyinin təmin olunması əsas şərtlərdən biridir.

Prezident vurğulayıb ki, müasir dövrdə siyasi sabitlik, iqtisadi müstəqillik, hərbi çəkindiricilik və rəqəmsal suverenlik bir-birindən ayrılmaz anlayışlardır. Onun sözlərinə görə, hava məkanını və sərhədləri qorumaq qədər kiberməkanın müdafiəsi də dövlət suverenliyinin əsas elementidir.

Ərdoğan bildirib ki, yaxın dövrdə dövlət qurumlarına məxsus məlumatların qorunması üçün əlavə təhlükəsizlik tədbirləri mərhələli şəkildə tətbiq olunacaq. Hüquq-mühafizə və kəşfiyyat strukturlarının bütün mümkün risk ssenarilərinə hazır olduğu qeyd edilib.

Türkiyə lideri əlavə edib ki, kibertəhlükəsizlik yalnız təhdidlərə cavab deyil, milli təhlükəsizlik siyasətinin əsas tərkib hissəsi kimi qəbul edilir.

Çıxışında o, həmçinin Türkiyənin texnoloji inkişaf planlarına toxunaraq 5G texnologiyasının ilkin mərhələdə ölkənin bütün inzibati mərkəzlərində tətbiq ediləcəyini, növbəti iki il ərzində isə bütün ərazini əhatə edəcəyini bildirib.

Məqalədə: #Ərdoğan kibertəhlükəsizliklə bağlı mühüm mesaj verdi #Türkiyə lideri: rəqəmsal təhlükəsizlik prioritetdir #Ərdoğan: kiberməkan milli təhlükəsizliyin hissəsidir #Türkiyə 5G və kibertəhlükəsizliyi gücləndirir #Regiondakı müharibələr yeni təhlükələri üzə çıxardı #Ərdoğan rəqəmsal suverenlik məsələsinə diqqət çəkdi

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.