8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Bahçeli ABŞ və İran arasındakı müvəqqəti atəşkəs haqqında açıqlama verib

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli sosial media hesabından gündəmdəki mühüm hadisələri qiymətləndirib. Baxçalı regional və qlobal sülh üçün kritik bir mərhələdə ABŞ və İran arasında əldə olunmuş iki həftəlik müvəqqəti atəşkəs qərarını məmnuniyyətlə qarşıladıqlarını bildirib.

8 Aprel 2026 20:36
Bahçeli ABŞ və İran arasındakı müvəqqəti atəşkəs haqqında açıqlama verib

BAKI,VOA, Nailə Babazadə

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli sosial media hesabından gündəmdəki mühüm hadisələri qiymətləndirib. Bahçeli regional və qlobal sülh üçün kritik bir mərhələdə ABŞ və İran arasında əldə olunmuş iki həftəlik müvəqqəti atəşkəs qərarını məmnuniyyətlə qarşıladıqlarını bildirib.

VOA xəbər verir ki, Bahçeli müharibənin genişlənməsinin qarşısını almağa yönəlmiş hər bir diplomatik addımın bəşəriyyətin ortaq vicdanında əks-səda doğurduğunu qeyd edib. O vurğulayıb ki, Türkiyə başda olmaqla regiondakı sağlam düşüncəli dövlətlərin konstruktiv və xəbərdarlıq xarakterli təşəbbüsləri "ağıllı diplomatiyanın" hələ də canlı olduğunu göstərir. Lakin MHP lideri Livan meydanına dair istisnaların məsələnin hələ tam həll olunmadığını ortaya qoyduğunu və sülhün qalıcı olması üçün dialoqun davam etdirilməsinin vacibliyini xatırladıb.

Devlet Bahçeli İstanbulun Levent rayonunda, "Yapı Kredi Plaza" önündəki polis nöqtəsinə edilən terror hücumuna da toxunub. O, hücumun ilkin olaraq "İsrail Baş konsulluğu hədəf alındı" şəklində təqdim edilməsinə rəğmən, konsulluğun boş olması faktının hadisənin mahiyyətinin fərqli olduğunu göstərdiyini qeyd edib. Baxçalı hücumun zamanlamasına diqqət çəkərək, Yaxın Şərq və Asiya mərkəzli şirkətlərin öz fəaliyyətlərini daha təhlükəsiz maliyyə mərkəzi olan İstanbula köçürməyə çalışdığı bir vaxtda belə bir hadisənin baş verməsinin təsadüf olmadığını bildirib.

MHP lideri terror hücumuna fədakarlıqla müdaxilə edərək daha böyük bir fəlakətin qarşısını alan qəhrəman türk polislərini canı könüldən təbrik edib. O, Türkiyənin bu cür çirkin ssenarilər və təxribatlar qarşısında sarsılmadan durmağa davam edəcəyini, yaralı təhlükəsizlik qüvvələrinə isə Allahdan şəfa dilədiyini vurğulayıb.

Məqalədə: #Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) #İsrail və Livan münaqişəsi #İsrail-Livan sərhədi #İran-ABŞ münasibətləri #İsrail Livan münasibətləri #Livan-İsrail gərginliyi #İran–ABŞ danışıqları

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
20:18
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
20:11
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
20:07
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
20:06
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
20:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.