4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə böhranların həllində əsas vasitəçi olaraq qalır - Duran

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran sosial media hesabında Prezident Rəcəb Tayyib Ərdoğanın 5-ci Antalya Diplomasi Forumundakı çıxışı ilə bağlı mühüm paylaşım edib. Duran, Türkiyənin böhranların həllində qurucu rol üstlənərək, ədalət və tarazlığı qorumaqla qlobal sülhə töhfə verməyə qətiyyətlə davam edəcəyini vurğulayıb.

17 Aprel 2026 18:04
Türkiyə böhranların həllində əsas vasitəçi olaraq qalır - Duran

BAKI,VOA, Nailə Babazadə

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran sosial media hesabında Prezident Rəcəb Tayyib Ərdoğanın 5-ci Antalya Diplomasi Forumundakı çıxışı ilə bağlı mühüm paylaşım edib.

VOA xəbər verir ki, Duran, Türkiyənin böhranların həllində qurucu rol üstlənərək, ədalət və tarazlığı qorumaqla qlobal sülhə töhfə verməyə qətiyyətlə davam edəcəyini vurğulayıb.

Prezident Ərdoğanın forumdakı əhatəli çıxışında qlobal sülh, regional sabitlik və beynəlxalq əməkdaşlıq naminə güclü mesajlar verdiyini bildirən Duran, xüsusilə Qəzzadakı vəziyyətə diqqət çəkib. O qeyd edib ki, cənab Prezident Qəzzada yaşananları yalnız "humanitar faciə" kimi qiymətləndirməyin kifayət etmədiyini, oradakı soyqırımın mövcud beynəlxalq nizamın çatışmazlıqlarını və kimləri qoruduğunu açıq şəkildə ifşa etdiyini bildirib.

Regional proseslərə toxunan Duran, İsrailin təxribatları nəticəsində İranla yaşanan gərginlikdən sonra elan olunan atəşkəsin Türkiyə tərəfindən məmnuniyyətlə qarşılandığını və bunun daimi sülh üçün fürsətə çevrilməsinin vacibliyini qeyd edib. Eyni zamanda, Hörmüz boğazından ticarət yollarının təhlükəsizliyinə qədər strateji məsələlərdə diplomatiyanın yeganə çıxış yolu olduğu, Türkiyənin "İnkişaf Yolu" layihəsi ilə regional əməkdaşlığa hazır olduğu diqqətə çatdırılıb.

Ege və Şərqi Aralıq dənizi ilə bağlı məsələlərdə Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətini kənarda qoyan yanaşmaların qətiyyətlə rədd edildiyini bildirən Kommunikasiya İdarəsinin rəhbəri, Yunanıstanla yaranan müsbət atmosferin Qərbi Frakiya türk azlığının hüquqlarına da müsbət təsir etməli olduğunu ifadə edib. Ukraynadakı müharibə ilə bağlı isə ədalətli və əhatəli bir müzakirə prosesinin həll üçün yeganə yol olduğu bir daha təkrarlanıb.

Sonda Burhanettin Duran, Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi və Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə təşkil olunan bu mühüm forumun qlobal sabitliyə töhfə verməyə davam edəcəyinə inandığını bildirərək, əməyi keçən hər kəsə təşəkkürünü ifadə edib.

Məqalədə: #Rəcəb Tayyib Ərdoğan #Antalya Diplomatik Forumu #Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi #Burhanəddin Duran

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56
Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan
Siyasət

Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan

1 Sentyabr 14:03
Ərdoğan Bişkekə gedir
Türkiyə

Ərdoğan Bişkekə gedir

31 Avqust 09:38
Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?
VOA analitika: Geosiyasi təhlillər

Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

31 Avqust 09:00

Son Xəbərlər

İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.