11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə məktəb hücumlarından sonra genişmiqyaslı əməliyyat keçirilib

Şanlıurfa və Kahramanmaraşda baş vermiş məktəb hücumlarından sonra Türkiyənin səksən bir vilayətində həyata keçirilən kiber patrul fəaliyyəti nəticəsində ələ keçirilən şübhəlilərdən yüz yetmiş nəfəri məhkəmə qərarı ilə həbs olunub. Türkiyə Daxili İşlər Nazirliyindən alınan məlumata görə Polis Baş İdarəsi və Daxili Qoşunlar Baş Komandanlığına bağlı kiber cinayətkarlıqla mübarizə bölmələri sosial mediada xalqı kin və düşmənçiliyə sövq edən həmçinin dezenformasiya yayan hesablara qarşı genişmiqyaslı əməliyyatlar keçirib.

21 Aprel 2026 18:55
Türkiyədə məktəb hücumlarından sonra genişmiqyaslı əməliyyat keçirilib

BAKI,VOA, Nailə Babazadə

Şanlıurfa və Kahramanmaraşda baş vermiş məktəb hücumlarından sonra Türkiyənin səksən bir vilayətində həyata keçirilən kiber patrul fəaliyyəti nəticəsində ələ keçirilən şübhəlilərdən yüz yetmiş nəfəri məhkəmə qərarı ilə həbs olunub.

VOA xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyindən alınan məlumata görə Polis Baş İdarəsi və Daxili Qoşunlar Baş Komandanlığına bağlı kiber cinayətkarlıqla mübarizə bölmələri sosial mediada xalqı kin və düşmənçiliyə sövq edən həmçinin dezenformasiya yayan hesablara qarşı genişmiqyaslı əməliyyatlar keçirib.

Əməliyyatlar zamanı ümumilikdə min üç yüz atmış doqquz nəfər barəsində məhkəmə işi açılıb ki onlardan min yüz qırx nəfəri cinayətə sövq edilmiş uşaqlardır. Saxlanılan şəxslərdən dörd yüz atmış doqquz nəfəri məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılsa da provokativ paylaşımlar edən və cinayətkar qruplaşmalarla əlaqəsi olan yüz yetmiş nəfər dəmir barmaqlıqlar arxasına göndərilib. Hazırda otuz doqquz şübhəli barəsində istintaq tədbirləri davam etdirilir.

Hüquq mühafizə orqanları şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı bir ədəd uzun lüləli silah çox sayda tüfəng tapança kəsici və deşici alətlər minlərlə patron həmçinin dörd yüz otuz altı ədəd mobil telefon və rəqəmsal materiallar aşkar edərək götürüblər.

Kiber mübarizə çərçivəsində Telegram qrupları üzərindən qanunsuz fəaliyyət göstərən yüz qırx səkkiz kanal tamamilə qapadılıb. Eyni zamanda iki min dörd yüz doqquz internet ünvanına girişə məhdudiyyət qoyulub və provokativ məzmunlu paylaşımlar edən iki yüz doxsan yedti hesab idarəçisi barəsində hüquqi icraat başladılıb. Dövlət rəsmiləri rəqəmsal məkanda təhlükəsizliyin təmin edilməsi üçün bu növ nəzarət tədbirlərinin qətiyyətlə davam etdiriləcəyini vurğulayıblar.

Məqalədə: #Türkiyə Daxili İşlər Nazirliyi #Kahramanmaraş #Şanlıurfa #terror aktı #terror #terror üzvləri #Terrorla mübarizə

Mövzu üzrə digər xəbərlər

"300 ER" raketləri ilk dəfə "AKINCI"nın qanadı altında sınaqdan keçirildi
Türk Dövlətləri

"300 ER" raketləri ilk dəfə "AKINCI"nın qanadı altında sınaqdan keçirildi

10 Sentyabr 18:01
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyə

Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb

10 Sentyabr 15:12
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10 Sentyabr 10:37

Son Xəbərlər

Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
07:43
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.