9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Beynəlxalq Azadlıq donanmasının iştirakçıları İstanbula gətirilir - 59 nəfər yoldadır

Türkiyə Xarici İşlər Nazirliyi İsrail tərəfindən Yunanıstan sahilləri yaxınlığında saxlanılan Beynəlxalq Azadlıq donanmasına qatılan 59 nəfərin, o cümlədən 20 Türkiyə vətəndaşının yaxın saatlarda İstanbula gətiriləcəyini açıqlayıb.

1 May 2026 22:30
Beynəlxalq Azadlıq donanmasının iştirakçıları İstanbula gətirilir - 59 nəfər yoldadır

BAKI,VOA Orxan Qədirzadə

Türkiyə Xarici İşlər Nazirliyi İsrail tərəfindən Yunanıstan sahilləri yaxınlığında saxlanılan Beynəlxalq Azadlıq donanmasına qatılan 59 nəfərin, o cümlədən 20 Türkiyə vətəndaşının yaxın saatlarda İstanbula gətiriləcəyini açıqlayıb.

VOA xəbər verir ki, nazirliyin məlumatına görə, Qəzzaya yardım çatdırmaq və blokadanı yarmaq məqsədilə yola çıxan donanmaya İsrail tərəfindən beynəlxalq sularda müdaxilə edilib. Hadisə nəticəsində 31 fəalın yaralandığı bildirilir.

Donanma nümayəndələrinin yaydığı məlumatda qeyd olunur ki, yaralılar arasında Yeni Zelandiya, Avstraliya, İtaliya, ABŞ, Kanada, Niderland, İspaniya, Böyük Britaniya, Kolumbiya, Almaniya, Macarıstan, Ukrayna, Fransa, Polşa və Portuqaliyadan olan şəxslər də var.

Digər açıqlamada isə saxlanılan fəalların İsrail donanmasına məxsus gəmidə təxminən 40 saat ərzində pis rəftara məruz qaldığı iddia olunub.

Məlumata əsasən, Beynəlxalq Azadlıq donanması 2026-cı ilin aprel ayında İspaniyanın Barselona şəhərindən yola düşüb, daha sonra İtaliyanın Siciliya adasından qoşulan iştirakçılarla birlikdə 39 ölkədən 345 nəfərin iştirakı ilə missiyasını davam etdirib.

İsrail hərbi qüvvələri aprelin 29-da gecə saatlarında Girit adası yaxınlığında beynəlxalq sularda flotiliyaya müdaxilə edərək 175 nəfəri saxlayıb. Daha sonra iştirakçıların böyük hissəsi mayın 1-də Yunanıstanın Girit adasında sərbəst buraxılıb.

Hazırda filonun bir hissəsi geri dönsə də, bəzi gəmilərin Yunanıstan sularında gözlədiyi və missiyanın davam etdirilməsi planlaşdırıldığı bildirilir.

Məqalədə: #beynəlxalq sularda insident #Qəzza blokadası xəbərləri #Qəzza humanitar yardım gəmiləri #Küresel Sumud Filosu #İsrail donanması müdaxiləsi #Girit adası hadisəsi #İstanbul aktivistlərin qayıdışı #Türkiyə Xarici İşlər Nazirliyi açıqlama

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.