9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Fransa və İsrailin addımları Aralıq dənizində balansı poza bilər - Devlet Bahçeli

MHP sədri çıxışında Şərqi Aralıq dənizinin Türkiyə üçün strateji əhəmiyyət daşıdığını qeyd edərək, Ankaranın öz hüquqlarını və təhlükəsizlik maraqlarını qətiyyətlə qoruyacağını bildirib. Bahçeli həmçinin Fransa Prezidenti Emmanuel Macronu tənqid edərək, onun siyasətini “Napoleon ambisiyaları” kimi xarakterizə edib. Onun sözlərinə görə, bəzi Avropa ölkələrinin bölgədəki planları gərginliyi artırır.

5 May 2026 12:24
Fransa və İsrailin addımları Aralıq dənizində balansı poza bilər - Devlet Bahçeli

BAKI,VOA Orxan Qədirzadə

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli Şərqi Aralıq dənizində yaranan geosiyasi proseslərlə bağlı açıqlama verərək, bölgədə formalaşan yeni təhlükəsizlik və enerji təşəbbüslərinin diqqətlə izlənildiyini bildirib.

VOA xəbər verir ki, Bahçeli partiyasının qrup toplantısında çıxışı zamanı Fransa, Yunanıstan, Cənubi Kipr və İsrailin bölgədə yaratmağa çalışdığı təhlükəsizlik və enerji mərkəzi planlarına diqqət çəkib. O, bu addımların regional balansı poza biləcəyini vurğulayıb.

MHP sədri çıxışında Şərqi Aralıq dənizinin Türkiyə üçün strateji əhəmiyyət daşıdığını qeyd edərək, Ankaranın öz hüquqlarını və təhlükəsizlik maraqlarını qətiyyətlə qoruyacağını bildirib.

Bahçeli həmçinin Fransa Prezidenti Emmanuel Macronu tənqid edərək, onun siyasətini “Napoleon ambisiyaları” kimi xarakterizə edib. Onun sözlərinə görə, bəzi Avropa ölkələrinin bölgədəki planları gərginliyi artırır.

Çıxışda Kipr məsələsi də xüsusi vurğulanıb. Bahçeli bildirib ki, Kipr türklərinin təhlükəsizliyi Türkiyənin strateji prioritetlərindən biridir və bu məsələ heç bir şəkildə güzəşt mövzusu deyil.

O, Türkiyənin xarici siyasət prinsipinin “sülh, lakin güc və hüquq əsasında müdafiə” olduğunu qeyd edib. Eyni zamanda, Egey dənizi və dəniz sərhədləri ilə bağlı hər hansı birtərəfli addımlara qarşı Ankara’nın cavab verəcəyini bildirib.

Bahçeli çıxışında həmçinin “Terrorsuz Türkiyə” hədəfinə də toxunaraq, bu prosesin ölkənin inkişafı üçün əsas mərhələlərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, daxili sabitlik güclü xarici siyasətin əsas şərtidir.

Məqalədə: #Kipr məsələsi #regional təhlükəsizlik böhranı #Türkiyə xarici siyasəti #Şərqi Aralıq dənizi siyasəti #Devlet Bahçeli açıqlama #Fransa Yunanıstan ittifaqı #İsrail enerji planları #Emmanuel Macron siyasəti #NATO daxilində gərginlik #Türkiyə Kipr siyasəti #Türkiyə dəniz sərhədləri

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.