9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

“YILDIRIMHAN” testləri uğurla tamamladı - YILDIRIMHAN haqqında nə bilirik?

Türkiyə Milli Müdafiə Nazirliyi “SAHA 2026” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi çərçivəsində keçirdiyi məlumatlandırma toplantısında “YILDIRIMHAN” uzun mənzilli raket sistemi ilə bağlı mühüm açıqlamalar verib.

7 May 2026 16:00
“YILDIRIMHAN” testləri uğurla tamamladı - YILDIRIMHAN haqqında nə bilirik?

BAKI,VOA Orxan Qədirzadə

Türkiyə Milli Müdafiə Nazirliyi “SAHA 2026” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi çərçivəsində keçirdiyi məlumatlandırma toplantısında “YILDIRIMHAN” uzun mənzilli raket sistemi ilə bağlı mühüm açıqlamalar verib.

VOA-nın məlumatına görə nazirlik bildirib ki, raket sistemində istifadə olunan maye yanacaq texnologiyası tamamilə yerli imkanlarla hazırlanıb və laboratoriya test mərhələsi uğurla başa çatdırılıb. Hazırda sahə sınaqları planlaşdırılmış təqvimə uyğun davam etdirilir.

Açıqlamaya görə, “YILDIRIMHAN” sistemində istifadə edilən asimmetrik dimetilhidrazin (UDMH), azot tetraoksid əsaslı maye yanacaqlar Türkiyənin Müdafiə Nazirliyinə bağlı Araşdırma və İnkişaf Mərkəzi tərəfindən yerli istehsal olunub.

Mütəxəssislər qeyd edir ki, bu tip yanacaq uzun müddət saxlanıla bilir, aşağı temperatur şəraitində işləyir, yüksək enerji istehsal edir, raketə yüksək manevr imkanları qazandırır.

Nazirliyin məlumatına görə, “YILDIRIMHAN” uzun mənzilli raket sistemi 3 tonluq döyüş başlığı daşımaq potensialına malikdir.

Layihə Türkiyənin strateji çəkindirmə gücünü artırmaq, müdafiə sənayesində texnoloji müstəqilliyi gücləndirmək, kritik hərbi texnologiyalarda xarici asılılığı azaltmaq məqsədlərinə xidmət edir.

“GÜÇHAN” mühərriki də diqqət mərkəzində

Toplantıda Türkiyənin milli turbofan reaktiv mühərriki olan “GÜÇHAN” layihəsi barədə də məlumat verilib.

Nazirlik bildirib ki, mühərrikin bütün komponentləri yerli hazırlanıb, indiyədək 6 mühərrik istehsal olunub, bu il ərzində kvalifikasiya testlərinin keçirilməsi planlaşdırılır.

42 min lbf itki gücünə malik mühərrikin gələcəkdə milli döyüş təyyarələri və digər hərbi platformalarda istifadə edilə biləcəyi ehtimal olunur.

Analitiklər hesab edir ki, “YILDIRIMHAN” və “GÜÇHAN” layihələri Türkiyənin raket texnologiyaları mühərrik istehsalı, strateji hərbi sənaye, yüksək texnologiyalı müdafiə sistemləri sahəsində regional güc mövqeyini daha da gücləndirə bilər.

“YILDIRIMHAN” testləri uğurla tamamladı - YILDIRIMHAN haqqında nə bilirik? “YILDIRIMHAN” testləri uğurla tamamladı - YILDIRIMHAN haqqında nə bilirik?
Məqalədə: #Türkiyə müdafiə sənayesi #SAHA 2026 sərgisi #YILDIRIMHAN raket sistemi #yerli raket texnologiyası #UDMH yanacağı #uzun mənzilli raket sistemi #GÜÇHAN turbofan mühərriki #Türkiyə hərbi texnologiyaları #Milli Müdafiə Nazirliyi Türkiyə

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.