9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

ABŞ-İran razılaşmasından sonra Tehran Ankaraya təşəkkür etdi

ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra İranın xarici işlər naziri Abbas Araqçi ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub. Diplomatik mənbələrin məlumatına görə, tərəflər telefon söhbəti zamanı ABŞ və İran arasında aparılan danışıqlar prosesini və əldə olunan razılaşmanı müzakirə ediblər. İranın xarici işlər naziri Abbas Araqçi danışıqlar zamanı ABŞ ilə aparılan müzakirə prosesinə verdiyi töhfələrə görə Türkiyəyə təşəkkürünü bildirib. O, Ankara tərəfindən göstərilən diplomatik dəstəyin və vasitəçilik səylərinin prosesə müsbət təsir göstərdiyini vurğulayıb.

15 İyun 2026 14:44
ABŞ-İran razılaşmasından sonra Tehran Ankaraya təşəkkür etdi

BAKI,VOA Orxan Qədirzadə

ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra İranın xarici işlər naziri Abbas Araqçi ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

Diplomatik mənbələrin məlumatına görə, tərəflər telefon söhbəti zamanı ABŞ və İran arasında aparılan danışıqlar prosesini və əldə olunan razılaşmanı müzakirə ediblər.

İranın xarici işlər naziri Abbas Araqçi danışıqlar zamanı ABŞ ilə aparılan müzakirə prosesinə verdiyi töhfələrə görə Türkiyəyə təşəkkürünü bildirib. O, Ankara tərəfindən göstərilən diplomatik dəstəyin və vasitəçilik səylərinin prosesə müsbət təsir göstərdiyini vurğulayıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə ABŞ və İran arasında əldə edilmiş razılaşmadan məmnunluq duyulduğunu ifadə edib. O, tərəflər arasında davam edən prosesin regional sabitlik və təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Nazir həmçinin razılaşmanın icrası ilə bağlı qarşıdakı dövrdə aparılacaq tamamlayıcı danışıqların da uğurla nəticələnəcəyinə ümid etdiklərini bildirib.

Telefon danışığında bölgədə sülhün və diplomatik dialoqun qorunmasının vacibliyi də vurğulanıb.

ABŞ və İran arasında əldə olunan son razılaşma beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Tərəflər arasında aparılan danışıqların növbəti mərhələsinin yaxın vaxtlarda keçirilməsi gözlənilir.

Məqalədə: #Hakan Fidan #Abbas Araqçi #ABŞ və İran arasında əldə olunan razılaşma #İranın xarici işlər naziri #Türkiyənin xarici işlər naziri #ABŞ və İran arasında aparılan danışıqlar

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
20:28
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
20:02
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
19:59
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
19:54
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.