5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

NATO Zirvəsi ərəfəsində Ankarada geniş antiterror əməliyyatı: 209 nəfər saxlanıldı

Türkiyənin paytaxtı Ankarada iyulun 7-8-də keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvəsi ərəfəsində genişmiqyaslı təhlükəsizlik əməliyyatı həyata keçirilib. Terror təşkilatlarının fəaliyyətinin ifşa olunması və mümkün təhdidlərin qarşısının alınması məqsədilə təşkil edilən əməliyyatlar nəticəsində yüzlərlə şübhəli şəxs barədə tədbir görülüb.

23 İyun 2026 10:51
NATO Zirvəsi ərəfəsində Ankarada geniş antiterror əməliyyatı: 209 nəfər saxlanıldı

BAKI,VOA, Orxan Qədirzadə

Türkiyənin paytaxtı Ankarada iyulun 7-8-də keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvəsi ərəfəsində genişmiqyaslı təhlükəsizlik əməliyyatı həyata keçirilib. Terror təşkilatlarının fəaliyyətinin ifşa olunması və mümkün təhdidlərin qarşısının alınması məqsədilə təşkil edilən əməliyyatlar nəticəsində yüzlərlə şübhəli şəxs barədə tədbir görülüb.

Ankara Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq və əməliyyat-axtarış tədbirləri çərçivəsində Ankara Vilayət Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi və Ankara Vilayət Jandarma Komandanlığının Terrorla Mübarizə bölmələri eyni vaxtda bir sıra ünvanlarda əməliyyat keçiriblər.

Rəsmi məlumata görə, terror təşkilatlarının ölkə ərazisindəki fəaliyyətlərinin aşkara çıxarılması istiqamətində aparılan araşdırmalar zamanı müxtəlif qruplaşmalarla əlaqədə olmaqda şübhəli bilinən şəxslər müəyyən edilib.

Polis tərəfindən keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqəli olduğu bildirilən 30 nəfər, DSİH adlı qruplaşma ilə əlaqədə şübhəli bilinən 23 nəfər, Türkiyə Kommunist Partiyası/Marksist-Leninçi təşkilatı ilə əlaqəli 22 nəfər, Türkiyə Kommunist İşçi Partiyası ilə əlaqələndirilən 20 nəfər, Marksist-Leninçi Kommunist Partiyası ilə bağlı olduğu iddia edilən 16 nəfər, İnqilabçı Kommunarlar Partiyası və Birləşmiş Azadlıq Qüvvələri ilə əlaqələndirilən 16 nəfər, İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi ilə əlaqəli 12 nəfər, Türkiyə Xalq Qurtuluş Partiyası-Cəbhəsi ilə əlaqələndirilən 9 nəfər olmaqla ümumilikdə 148 şübhəli barədə tədbir görülüb.

Eyni zamanda Ankara Vilayət Jandarma Komandanlığının Terrorla Mübarizə Şöbəsi tərəfindən aparılan araşdırmalar nəticəsində Türkiyə Kommunist Partiyası/Marksist-Leninçi təşkilatı ilə əlaqəli olduğu bildirilən 44 nəfər, İŞİD terror təşkilatı ilə əlaqəli 26 nəfər, İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi və Marksist-Leninçi Kommunist Partiyası ilə əlaqələndirilən 23 nəfər olmaqla ümumilikdə 93 şübhəli müəyyən edilib.

Baş Prokurorluğun açıqlamasında bildirilib ki, ümumilikdə 241 nəfər barəsində saxlanılma qərarı çıxarılıb. Əməliyyatların hazırkı mərhələsində həmin şəxslərdən 209-u saxlanılıb, digər şübhəlilərin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Türkiyə hakimiyyəti NATO zirvəsi öncəsi paytaxtda təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə davam etdirildiyini bildirib. Zirvə çərçivəsində onlarla ölkənin dövlət və hökumət başçılarının, eləcə də yüksək səviyyəli nümayəndə heyətlərinin Ankaraya gəlməsi gözlənilir.

Təhlükəsizlik qurumları bildirir ki, beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində həyata keçirilən bu cür əməliyyatlar həm mümkün terror təhdidlərinin qarşısının alınması, həm də ictimai asayişin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Məqalədə: #Ankara Baş Prokurorluğu #NATO Dövlət və Hökumət Başçıları Zirvəsi 2026 #Ankara təhlükəsizlik əməliyyatı #Türkiyədə terrorla mübarizə tədbirləri #Ankara polis əməliyyatları #Jandarma terrorla mübarizə #kütləvi saxlanılmalar Türkiyə #İŞİD şübhəliləri Türkiyə əməliyyatı

Mövzu üzrə digər xəbərlər

Ankarada İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyə

Ankarada İŞİD-ə qarşı əməliyyat keçirilib

30 Dekabr 2025 09:19
İstanbulda Yeni il gecəsi hücum planlaşdıran 100-dən çox şübhəli saxlanılıb
Türkiyə

İstanbulda Yeni il gecəsi hücum planlaşdıran 100-dən çox şübhəli saxlanılıb

25 Dekabr 2025 12:43
Türkiyə Daxili İşlər Nazirliyi Mansur Yavaş haqqında araşdırma icazəsi verdi
Türkiyə

Türkiyə Daxili İşlər Nazirliyi Mansur Yavaş haqqında araşdırma icazəsi verdi

22 Noyabr 2025 13:15
Ankarada FETÖ-yə qarşı əməliyyat keçirilib
Türkiyə

Ankarada FETÖ-yə qarşı əməliyyat keçirilib

17 Sentyabr 2025 11:01

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.