5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə 10 milyard dollardan çox müdafiə sənayesi məhsulu ixrac edib

Türkiyənin milli müdafiə sənayesi 2025-ci ildə ixrac üzrə tarixi nəticə əldə edib. Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankarada keçirilən Müdafiə Sənayesi İşgüzar Naharında məlumat verib.

7 İyul 2026 12:01
Türkiyə 10 milyard dollardan çox müdafiə sənayesi məhsulu ixrac edib

BAKI,VOA Orxan Qədirzadə

Türkiyənin milli müdafiə sənayesi 2025-ci ildə ixrac üzrə tarixi nəticə əldə edib. Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankarada keçirilən Müdafiə Sənayesi İşgüzar Naharında məlumat verib.

Nazirin sözlərinə görə, Türkiyə ötən il 185 ölkəyə 230 adda müdafiə məhsulu ixrac edərək ümumilikdə 10 milyard 54 milyon dollar həcmində ixrac həyata keçirib.

Yaşar Gülər bildirib ki, əldə olunan nəticə ölkənin istehsal gücünün və beynəlxalq müdafiə bazarındakı rəqabət qabiliyyətinin artdığını göstərir. Onun sözlərinə görə, Türkiyə artıq qlobal müdafiə sənayesi təchizatçılarından birinə çevrilmək istiqamətində irəliləyir.

Nazir qeyd edib ki, hazırda Türkiyənin müdafiə sənayesi ekosisteminə 3 500-dən çox şirkət və 100 mindən artıq yüksəkixtisaslı mütəxəssis daxildir. Türk Silahlı Qüvvələrinin inventarındakı yerli istehsal məhsullarının payı isə 80 faizi ötüb.

Yaşar Gülər Türkiyə ilə ABŞ arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq, ortaq istehsal, elmi-tədqiqat layihələri və texnologiya transferi daxil olmaqla müxtəlif istiqamətlər üzrə ABŞ şirkətləri ilə əməkdaşlığa hazır olduqlarını bildirib.

Nazir əlavə edib ki, Türkiyə tərəfi bu istiqamətdə hazırladığı təklifləri ABŞ rəsmilərinə təqdim edib.

O, həmçinin Türkiyə gəmiqayırma sənayesinin imkanlarına diqqət çəkərək, ölkə tərsanələrinin ABŞ Hərbi Dəniz Qüvvələrinin tələblərinə uyğun hərbi gəmilər inşa etmək, eləcə də regionda fəaliyyət göstərən dəniz platformalarının texniki xidmət və təmirini həyata keçirmək potensialına malik olduğunu bildirib.

Yaşar Gülərin sözlərinə görə, NATO Zirvəsi çərçivəsində keçiriləcək Müdafiə Sənayesi Forumu alyans tarixində ilk dəfə rəsmi zirvə tədbiri statusu alıb. Forumun müdafiə sənayesi şirkətləri, dövlət qurumları və beynəlxalq tərəfdaşlar arasında yeni əməkdaşlıqların formalaşdırılmasına, eləcə də strateji layihələr üzrə sazişlərin imzalanmasına imkan yaradacağı gözlənilir.

Məqalədə: #Türkiyə müdafiə sənayesi #Yaşar Gülər #NATO Zirvəsi #Müdafiə ixracı #10 milyard dollar ixrac #Türkiyə ABŞ əməkdaşlığı #Müdafiə Sənayesi Forumu

Mövzu üzrə digər xəbərlər

Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?
VOA analitika: Geosiyasi təhlillər

Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

31 Avqust 09:00
TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir
Türkiyə

TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

22 Avqust 14:05
Türkiyə Avropanın müdafiə sənayesində mövqelərini gücləndirir - Yunanıstan KIV
Türkiyə

Türkiyə Avropanın müdafiə sənayesində mövqelərini gücləndirir - Yunanıstan KIV

12 Avqust 13:50
HAVELSAN yeni buludaltı avtonom PUA-sı BOZBEY-i təqdim edib
Türkiyə

HAVELSAN yeni buludaltı avtonom PUA-sı BOZBEY-i təqdim edib

9 Avqust 23:30

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.