4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə üç meşə yanğını tam nəzarət altına alındı

Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı Aydın vilayətinin Çinə, Balıkesir vilayətinin Susurluk və İzmir vilayətinin Buca rayonlarında baş verən meşə yanğınlarının tamamilə nəzarət altına alındığını açıqlayıb. Nazir Yumaklı sosial media hesabında etdiyi paylaşımda yanğınlara havadan və qurudan aparılan effektiv mübarizə nəticəsində nəzarət edildiyini bildirib.

2 Avqust 2026 12:52
Türkiyədə üç meşə yanğını tam nəzarət altına alındı

BAKI,VOA Orxan Qədirzadə

Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı Aydın vilayətinin Çinə, Balıkesir vilayətinin Susurluk və İzmir vilayətinin Buca rayonlarında baş verən meşə yanğınlarının tamamilə nəzarət altına alındığını açıqlayıb.

Nazir Yumaklı sosial media hesabında etdiyi paylaşımda yanğınlara havadan və qurudan aparılan effektiv mübarizə nəticəsində nəzarət edildiyini bildirib.

“Effektiv mübarizə nəticəsində Aydın-Çinə, Balıkesir-Susurluk və İzmir-Buca yanğınları tamamilə nəzarət altına alındı”, – deyə Yumaklı qeyd edib.

Nazir bildirib ki, küləyin gücləndiyi iyulun 29-dan etibarən Türkiyə üzrə ümumilikdə 314 yanğına müdaxilə edilib. Onlardan 192-si meşə ərazilərindən kənarda baş verib.

Yumaklı yanğınsöndürən qrupların, hava və quru texnikalarının fasiləsiz fəaliyyəti nəticəsində bütün yanğınların nəzarət altına alındığını vurğulayıb.

Bununla yanaşı, nazir meşə yanğınları riskinin hələ də davam etdiyini və ekipajların 24 saat növbədə qalacağını bildirib.

“Xahişimiz budur ki, ehtiyatı əldən verməyək. Açıq ərazidə od yandırmayaq, yanğına səbəb ola biləcək davranışlardan uzaq duraq. Ən kiçik tüstü və ya alov gördükdə 112 Təcili Çağrı Mərkəzinə məlumat verək”, – deyə Yumaklı çağırış edib.

O, meşələrin gələcək nəsillərə əmanət olduğunu qeyd edərək, “yaşıl vətənin” qorunmasının hər kəsin ortaq vəzifəsi olduğunu bildirib.

Məqalədə: #Türkiyədə meşə yanğınları #meşə yanğınlarına qarşı mübarizə #Türkiyə yanğın xəbərləri #Aydın Çinə meşə yanğını #İzmir Buca meşə yanğını #Balıkesir Susurluk yanğını #Türkiyədə yanğın riski #havadan və qurudan müdaxilə

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.