Türkiyədə üç meşə yanğını tam nəzarət altına alındı
Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı Aydın vilayətinin Çinə, Balıkesir vilayətinin Susurluk və İzmir vilayətinin Buca rayonlarında baş verən meşə yanğınlarının tamamilə nəzarət altına alındığını açıqlayıb. Nazir Yumaklı sosial media hesabında etdiyi paylaşımda yanğınlara havadan və qurudan aparılan effektiv mübarizə nəticəsində nəzarət edildiyini bildirib.
Türkiyədə meşə yanğınları genişlənir - Yol bağlandı, yaşayış məntəqələri təxliyə olunur
Türkiyənin bir sıra bölgələrində başlayan meşə yanğınları ilə mübarizə davam etdirilir. Ən kritik vəziyyət Muğlanın Seydikemer rayonunda qeydə alınıb. Güclü küləyin təsiri ilə sürətlə yayılan alovlar səbəbindən Fethiyə–Antalya avtomobil yolu müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanıb. Muğla Valiliyinin məlumatına görə, yanğının söndürülməsinə 5 təyyarə, 12 helikopter, 35 yanğınsöndürmə maşını, 8 ilkin müdaxilə avtomobili, 22 su tankeri, 14 xüsusi texnika, 44 xidmət avtomobili, 2 təcili tibbi yardım briqadası və ümumilikdə 373 nəfər şəxsi heyət cəlb edilib.