10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Suriyanın xarici işlər naziri Türkiyəyə səfər edəcək

Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani avqustun 6-da Türkiyəyə işgüzar səfər edəcək. Tərəflər terrorla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, Suriyanın şimal-şərqinin mərkəzi hökumətə inteqrasiyası və Dəməşqin təhlükəsizlik potensialının artırılması məsələlərini nəzərdən keçirəcəklər. Görüşdə, həmçinin 2024-cü ilin dekabrından etibarən iqtisadiyyat, təhlükəsizlik və ictimai barışıq sahələrində əldə olunan nəticələr qiymətləndiriləcək. İkitərəfli münasibətlərin institusional əsasda inkişafı, Suriya Xalq Məclisinin fəaliyyətə başlaması fonunda parlamentlərarası əməkdaşlıq və qarşıdakı yüksək səviyyəli səfərlər də gündəmdə olacaq.

5 Avqust 2026 15:40
Suriyanın xarici işlər naziri Türkiyəyə səfər edəcək

BAKI,VOA, Fərid Mikayılov

Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani avqustun 6-da Türkiyəyə işgüzar səfər edəcək.

VOA xəbər verir ki, xarici işlər naziri Hakan Fidan ilə keçiriləcək görüşdə Suriyada sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlər geniş müzakirə ediləcək.

Məlumata əsasən, tərəflər terrorla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, Suriyanın şimal-şərqinin mərkəzi hökumətə inteqrasiyası və Dəməşqin təhlükəsizlik potensialının artırılması məsələlərini nəzərdən keçirəcəklər.

Görüşdə, həmçinin 2024-cü ilin dekabrından etibarən iqtisadiyyat, təhlükəsizlik və ictimai barışıq sahələrində əldə olunan nəticələr qiymətləndiriləcək. İkitərəfli münasibətlərin institusional əsasda inkişafı, Suriya Xalq Məclisinin fəaliyyətə başlaması fonunda parlamentlərarası əməkdaşlıq və qarşıdakı yüksək səviyyəli səfərlər də gündəmdə olacaq.

Regional məsələlər də danışıqların əsas mövzularından biri olacaq. Türkiyə tərəfi İsrailin Suriyadakı hərəkətlərini qəbuledilməz hesab etdiyini vurğulayacaq, Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasının və İsrail qoşunlarının Livandan çıxmasının regional təhlükəsizlik baxımından əhəmiyyətini diqqətə çatdıracaq.

Görüş zamanı Hakan Fidanın Türkiyənin ABŞ və İran arasında atəşkəsin qorunması, Hörmüz boğazında gəmiçiliyin bərpası və Yaxın Şərqdə davamlı sülhün təmin olunması istiqamətində aparılan diplomatik təşəbbüslərə verdiyi dəstəyi də suriyalı həmkarına çatdıracağı gözlənilir.

Məqalədə: #Türkiyə #Qəzza #İsrail #Hakan Fidan #Suriya #Əsəd Həsən Şeybani

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

9 Sentyabr 10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.