5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

"Terrorsuz Türkiyə" prosesi ilə bağlı maarifləndirmə kampaniyasına başlanılacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Mərkəzi Qərar və İdarəetmə Şurasının (MKYK) iclasında "Terrorsuz Türkiyə" prosesi ilə bağlı ictimaiyyətin düzgün məlumatlandırılması və dezinformasiyanın qarşısının alınması üçün partiya təşkilatlarına tapşırıqlar verib. Türkiyə mətbuatının yaydığı məlumata görə, Ərdoğan prosesin vətəndaşlara ətraflı izah edilməsinin vacibliyini vurğulayaraq, yanlış məlumatların yayılmasına imkan verilməməsini istəyib.

7 Avqust 2026 09:48
"Terrorsuz Türkiyə" prosesi ilə bağlı maarifləndirmə kampaniyasına başlanılacaq

BAKI,VOA Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Mərkəzi Qərar və İdarəetmə Şurasının (MKYK) iclasında "Terrorsuz Türkiyə" prosesi ilə bağlı ictimaiyyətin düzgün məlumatlandırılması və dezinformasiyanın qarşısının alınması üçün partiya təşkilatlarına tapşırıqlar verib.

Türkiyə mətbuatının yaydığı məlumata görə, Ərdoğan prosesin vətəndaşlara ətraflı izah edilməsinin vacibliyini vurğulayaraq, yanlış məlumatların yayılmasına imkan verilməməsini istəyib.

Məlumata əsasən, sentyabr ayından etibarən AK Parti-nin təşkilatları ölkənin 81 vilayətində və bütün rayonlarında geniş maarifləndirmə kampaniyasına başlayacaq. Partiya üzvləri "Terrorsuz Türkiyə" konsepsiyasının milli təhlükəsizlik, ictimai həmrəylik və regional sabitlik baxımından əhəmiyyətini vətəndaşlara izah edəcəklər.

Bildirilib ki, kampaniya çərçivəsində hazırlanmış qanun layihəsinin ümumi amnistiya nəzərdə tutmadığı, heç bir şəxsə xüsusi status verilmədiyi və ağır cinayətlərin bu tənzimləmənin əhatə dairəsinə daxil edilmədiyi xüsusilə vurğulanacaq.

Məlumata görə, "Milli Həmrəylik və İctimai Bütövlüyün Gücləndirilməsi haqqında" qanun layihəsi qəbul edildikdən sonra təhlükəsizlik qurumları PKK üzvlərinin silahları təhvil verməsi, sığınacaqların boşaldılması və bütün logistika vasitələrinin təslim edilməsi üçün təxminən 1,5–2 aylıq müddət nəzərdə tutur.

İddia olunur ki, PKK lideri Abdullah Öcalanın yaxın vaxtlarda təşkilat üzvlərinə silahları təhvil vermələri və Türkiyəyə qayıtmaları ilə bağlı çağırış edəcəyi, təşkilatın Kandildəki rəhbərliyinin isə yaxın günlərdə mövqelərin boşaldılması barədə açıqlama verəcəyi gözlənilir.

Məlumata əsasən, silahların təhvil verilməsi sentyabrın sonunadək başa çatarsa və bu barədə Türkiyənin Milli Təhlükəsizlik Şurası (MGK) müvafiq qərar qəbul edərsə, qanunun icrasına oktyabr ayından başlanıla bilər.

Xəbərdə qeyd olunur ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və digər aidiyyəti qurumlar İraqın mərkəzi hökuməti, İraq Kürd Regional Rəhbərliyi və Suriya ilə silahların hansı məntəqələrdə və necə təhvil veriləcəyinə dair koordinasiya aparır. İraqdakı PKK üzvlərinin Ərbil və Süleymaniyədə yaradılmış xüsusi mərkəzlərdə silahlarını təhvil verməsinin planlaşdırıldığı bildirilir.

Bundan əlavə, təşkilatın arsenalındakı pilotsuz uçuş aparatları, paramotorlar və peyk rabitə sistemlərinin də səlahiyyətli qurumlara təhvil veriləcəyi qeyd olunur.

Məlumata görə, qanundan yararlanan şəxslər barəsində cəzanın icrasının təxirə salınması qərarı verilsə də, onlar xüsusi monitorinq mexanizmi vasitəsilə nəzarətdə saxlanılacaq. Yeni cinayət törədilməsi və ya terror fəaliyyəti ilə yenidən əlaqə qurulması halında cəzanın təxirə salınması qərarı ləğv ediləcək və hökm icra olunacaq.

Təhlükəsizlik mənbələrinin qiymətləndirməsinə görə, PKK-nın yüksək rəhbərliyinə daxil olan təxminən 180–200 nəfər və daha 1 000-ə yaxın təşkilat üzvü bu hüquqi mexanizmdən yararlana bilməyəcək. Buna görə də Murat Karayılan, Cemil Bayık, Duran Kalkan, Fehman Hüseyn (Bahoz Erdal) və Bese Hozat kimi təşkilat rəhbərlərinin bu prosesin əhatə dairəsinə daxil edilməyəcəyi bildirilir.

Həmçinin qeyd olunur ki, silahların tam təhvil verilməsi barədə Milli Təhlükəsizlik Şurasının qərarı Rəsmi Qəzetdə dərc edildikdən sonra terror təşkilatına üzvlük, terror təşkilatına yardım, terror təbliğatı və terrorun maliyyələşdirilməsi ilə bağlı cinayətlərə görə həbsdə olan şəxslərin işlərinə yenidən baxılacaq. Ağırlaşdırılmış ömürlük həbs cəzası alanlar və qəsdən adam öldürmə cinayətinə görə məhkum edilənlər bu mexanizmdən yararlana bilməyəcəklər. Digər şəxslər üzrə isə qərarlar onların hüquqi vəziyyətinə uyğun olaraq qəbul ediləcək.

Məqalədə: #Abdullah Öcalanın çağırışı #PKK-nın ləğvi prosesi #Terrordan azad Türkiyə prosesi #PKK-nın silahları təhvil verməsi #PKK ilə bağlı yeni mərhələ #Türkiyədə terrorla mübarizə siyasəti #Rəcəb Tayyib Ərdoğan PKK prosesi #AK Parti MKYK iclası #Türkiyə hökumətinin PKK planı #PKK üzvlərinə silahı buraxmaq çağırışı #Kandil rəhbərliyi

Mövzu üzrə digər xəbərlər

Terrorsuz Türkiyə prosesi ümumi amnistiya deyil - Numan Kurtulmuş
Türkiyə

Terrorsuz Türkiyə prosesi ümumi amnistiya deyil - Numan Kurtulmuş

30 İyul 14:27
PKK Türkiyədən çıxır
Türkiyə

PKK Türkiyədən çıxır

26 Oktyabr 2025 12:10
"Terrorsuz Türkiyə" prosesi bu ilin sonuna qədər tamamlanacaq - Bahçeli
Türkiyə

"Terrorsuz Türkiyə" prosesi bu ilin sonuna qədər tamamlanacaq - Bahçeli

10 Avqust 2025 17:31
DEM Partiyası nümayəndə heyəti İmralıya səfər edib
Türkiyə

DEM Partiyası nümayəndə heyəti İmralıya səfər edib

25 İyul 2025 14:40

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.