7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Özbəkistan
Özbəkistan

Özbəkistanda Azərbaycanın aqrar inkişafı və elmi potensialına dair təqdimat keçirilib

Özbəkistanın paytaxtı Daşkənd şəhərində İtaliya, Mərkəzi Asiya ölkələri və Azərbaycanın iştirakı ilə keçirilən "Dayanıqlı aqroekosistemlər üçün innovasiyalar, bərpaedici kənd təsərrüfatı və rəqəmsallaşma" mövzusunda aqrobiznes forumu çərçivəsində təşkil olunan “Elm, Tədqiqat və Təhsil” adlı paneldə Azərbaycanda aqrar sahənin mövcud vəziyyəti, bu sahədə tədqiqat ekosistemi və elmi araşdırmaların kənd təsərrüfatının inkişafında roluna həsr olunan təqdimat keçirilib.

25 Mart 2026 13:08
Baku
Özbəkistanda Azərbaycanın aqrar inkişafı və elmi potensialına dair təqdimat keçirilib

BAKI,VOA

Özbəkistanın paytaxtı Daşkənd şəhərində İtaliya, Mərkəzi Asiya ölkələri və Azərbaycanın iştirakı ilə keçirilən "Dayanıqlı aqroekosistemlər üçün innovasiyalar, bərpaedici kənd təsərrüfatı və rəqəmsallaşma" mövzusunda aqrobiznes forumu çərçivəsində təşkil olunan “Elm, Tədqiqat və Təhsil” adlı paneldə Azərbaycanda aqrar sahənin mövcud vəziyyəti, bu sahədə tədqiqat ekosistemi və elmi araşdırmaların kənd təsərrüfatının inkişafında roluna həsr olunan təqdimat keçirilib.

VOA xəbər verir ki,Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Rəşad Hüseynov öz təqdimatında elmi tədqiqatların dayanıqlı kənd təsərrüfatının əsası olduğunu vurğulayıb. Təqdimatda aqrar sahənin ölkənin qeyri neft-qaz sektorunun inkişafındakı rolu ilə yanaşı, iqlim dəyişiklikləri, su qıtlığı və artan tələbat şəraitində innovasiya və texnoloji modernizasiyanın təşviqində aqrar elmin strateji əhəmiyyəti xüsusi olaraq vurğulanıb. Eyni zamanda, ölkədə aqrar elmin mövcud vəziyyəti, institusional strukturu və insan kapitalı potensialı barədə ətraflı məlumat təqdim edilmiş, tədqiqatların effektivliyi və innovativ yanaşmaların tətbiqi imkanları diqqətə çatdırılıb.

Təqdimatlardan sonra iştirakçıların sualları cavablandırılıb, kənd təsərrüfatının inkişafı istiqamətində birgə elmi tədqiqatların həyata keçirilməsi imkanları xarici elmi-tədqiqat institutları və ali təhsil müəssisələri ilə müzakirə edilib. Bununla yanaşı, aqrar sahədə mövcud investisiya imkanları barədə məlumatlar xarici iş adamları və özəl sektor nümayəndələri ilə bölüşülüb.

Özbəkistanda Azərbaycanın aqrar inkişafı və elmi potensialına dair təqdimat keçirilib Özbəkistanda Azərbaycanın aqrar inkişafı və elmi potensialına dair təqdimat keçirilib
Məqalədə: #Azərbaycan #Özbəkistan

Mövzu üzrə digər xəbərlər

"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

15:47
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir

14:14
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45

Son Xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.